Gürcüstanda istirahət günləri məhdudiyyətlər qüvvədə olacaq. Məktəblər planlaşdırıldığından tez açıla bilər
Hökumət Gürcüstanın böyük şəhərlərində məhdudiyyətlərin yaxın zamanda aradan qaldırılmasını “müzakirə edə bilər”, əgər koronavirus teslərinin “müsbət göstəriciləri” dörd faizə qədər azalsa və bu tendensiya bir həftə ərzində davam etsə. O cümlədən məktəblərin açılması və ictimai nəqliyyatın hərəkətinin bərpası da mümkündür – baş nazir Giorgi Qaxariya deyib.
“Müsbət göstərici” dedikdə koronavirus testlərinin ümumi sayında müsbət nəticələrə düşən pay nəzərdə tutulur. Yəni son bir sutka ərzində Gürcüstanda 17 min 850 test edilib və bunların 4.04 faizi (723 nəfər) müsbət nəticə verib. Bu o deməkdir ki, “müsbət göstərici” 4.05 faiz təşkil edir.
“Bizdə yeddi gün ərzində müsbət göstərici dörd faiz olsa, iqtisadiyyatı daha cəsur aça bilərik, təbii ki, ehtiyatla, ağılla və deyəsən, bugünkü tendensiyalar ehtiyatlı nikbinlik üçün bizə əsas verir”, – Qaxariya deyir.
Onun sözlərinə görə, əgər bu tendensiya qalsa, nəhdudiyyətlər birdən yo, tədricən aradan qaldırılacaq və “ilk növbədə bu, Tbilisi, Kutaisi və Rustaviyə aiddir”.
Gürcüstanın böyük şəhərlərində məktəblər ötən ilin martından bağlıdır (payızda sadəcə bir neçə həftə açıq olub).
Noyabrdan ölkədə ciddi təcrid və komendant saatı qüvvədədir. İctimai nəqliyyat, mağaza və kafelər, digər ictimai məkanlar işləmir.
Fevralın 1-dən nələr dəyişəcək?
Ölkədə iki aylıq məhdudiyyətlərdən sonra fevralın 1-dən ticarət mərkəzləri və bazarlar açılacaq.
Amma hökumətin qərarı ilə onlar ancaq iş günləri işləyəcək, istirahət günlərində isə bağlı olacaq.
Hökumət bu qadağanı insan axınını azaltmaq niyyəti ilə izah edir – həftəiçi insanlar məşğul olduqları zaman onların mağaza gəzintisi üçün az zamanı olur, onlar lazımi şeyləri alıb, gedirlər.
Dekabrdan fərqli olaraq fevralın 1-dən açılan mağazalarda paltardəyişmə kabinələri işləyəcək, müəyyən sahədə icazə verilən alıcı sayı artırılacaq.
Bütün qalan məhdudiyyətlər fevralın 1-dən sonra da qüvvədə qalacaq.