Gürcüstanın cənub-şərqindəki Gürcaani rayonunun Kolaqi kəndindən Kako baba – Akaki Ceyranaşvili haqqında “Azadlıq Radiosunda” danışılandan sonra hər kəsin diqqət mərkəzinə gəlib.
Kakonun şəxsi biznesi var – zanbaq yetişdirir. Pandemiya onun biznesini az qala məhv edib – ölkədə fövqəladə vəziyyət elan olunub, bütün bazarlar, gül mağazaları bağlıdır.
min gül bağda solurdu.
Birdən-birə 1500 zanbaq sifarişi alanda heyrətlənib.
Bir müddət sonra isə onun zanbaqlarından hazırlanmış dəstələr Tbilisi klinikalarının insanları koronavirusdan xilas edən həkimlərinə təqdim olunub.
Hər bir gül dəstəsinin içində “Sizinlə fəxr edirik, sağ olun!” sözləri yazılmış namə olub.
Aprelin 5-i səhər saatlarına qədər Gürcüstanda 170 koronavirusa yoluxma halı qeyd olunub. Beş mindən çox insan karantində, 344 nəfər stasionarda saxlanılır. 28 pasiyent sağalıb, iki nəfər ölüb.
Bütün bunları “Azadlıq Radiosunun” jurnalisti Mariam Natroşvili və ictimai fəal Sofiya Axaliya təşkil edib.
Facebook-da “Qırmızı zanbaq al” kampaniyasına başlayıblar və qısa müddətdə 5 min lari (1500 dollara yaxın) toplanıb.
“Hər şey üst-üstə düşdü – həm adama kömək oldu, həm həkimlərə təşəkkür etdik”, – o deyir.
Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub.
Koronavirusun daxili yayılması təhlükəsi səbəbilə martın 23-dən Marneuli və Bolnisi şəhərləri bağlanıb.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq olunub – 21:00-dan 6:00-a qədər küçəyə çıxmaq olmaz.