Gürcü milyarder uğrunda mübarizə
Gürcüstanın iqtidar partiyası birmənalı şəkildə böhran içindədir. Yanvardan başlayaraq artıq yeddi deputat partiyanın parlament fraksiyasını tərk edib və ola bilər ki, digərləri də onların sırasına qoşulsun.
Amma “Gürcü arzu”nun əlində hələ də qəti çoxluq qalmaqdadır və konstitusion çoxluğu itirməsinin hazırkı mərhələdə heç bir mənası yoxdur. Hərçənd, baş vermiş parçalanma partiyanın lideri, milyarder Bidzina İvanişvili ilə bağlı suallar ortaya çıxarır, axı partiya bütünlüklə ondan asılıdır.
Parçalanma niyə baş verib, iqtidar partiyası üçün bu durum nə drəcədə təhlükəlidir?
Hakimlərin işi
Parçalanmanın bilavasitə səbəbi Gürcüstanda hamıya məlumdur.
Dekabrın sonunda parlament Ədliyyə Şurasının təqdim etdiyi Ali Məhkəmənin ömürlük hakimləri siyahısını təsdiq etmədi. Və bu, parlament rəhbərliyi və güman ki, həm də Bidzina İvanişvilinin həmin siyahını dəstəkləməsinə rəğmən baş verdi.
•Qiya Nodiyanın şərhi: bu seçkilərdən nə aydın oldu?
•Hakimlərin müddətsiz təyinatı məsələsi və çoxluğun parçalanması
Hakimlərin siyahısına etiraz edən daxili müxalifətə Hüquq Komitəsinin sədri Eka Beseliya başçılıq edib. Daha sonra o, həmfikirlərindən ibarət qrupla birlikdə hakimlərin müddətsiz təyinatını 2024-cü ilə qədər təxirə salan qanun layihəsi irəli sürüb.
Bu layihə rədd ediləndən sonra Beseliya iqtidar partiyasını tərk edib, onun ardınca digər deputatlar da eyni addımı atıblar.
Müddətsiz hakimlərin təyin edilməsi hələ 2003-cü ilə Mixail Saakaşvili hakimiyytə gələnə qədər başlayan islahatlar dalğasının yekunu olmalı idi. Mahiyyət etibarilə bu, müddətsiz hakkimlərin təyinatı ideyası Qərbin demokratik tövsiyələrinin həyata keçirilməsi demək idi.
Nəzəriyyəyə əsasən, hakimləri meritokratiya meyarları iləseçmək lazımdır – bunun üçün sosial statusu və maddi təminantından asılı olmayaraq daha bacarıqlı insanlar var. Daha sonra onlara yaxşı məvacibin təyin etmək və siyasətçiləri hakimliyə namizədlərin seçim prosesindən kənar saxlamaq.
Bu cür ömürlük təyinat hakimlərin müstəqil və vicdanlı fəaliyyətinə imkan verir, – nəzəriyyə belə hesab edir.
Bütün bu addımlar artıq atılıb. Ədliyyə Şurası ömürlük səlahiyyətli hakimlərin bir hissəsini qanuniləşdirib. Yalnız Ali Məhkəmənin daimi üzvlərini təsdiqləmək qalıb ki, bunun üçün də parlamentin razılığı lazımdır.
Ədliyyə Şurasında yerlərin çoxu hakimlərə verilib, baxmayaraq ki, başqa vəzifələr də var. Bu, məhkəmənin müstəqilliyinin təmin edilməsi üçün müdafiə mexanizmlərindən biri kimi nəzərdə tutulub.
Amma geniş yayılmış fikrə əsasən, Ədliyyə Şurası və ümumilikdə hakimlər korpusu faktiki olaraq “klan” adlandırılan nüfuzlu qruplaşma tərəfindən idarə olunur.
Ədliyyə Şurasında iki aparıcı fiqur var – Mixail Çinçaladze və Levan Murusidze. Qalan hakimlər isə görünür ki, böyük ehtimalla hakimiyyətə yaxın olan “klanın” göstərişlərinə səssizcə tabe olurlar.
“Klan” da cavabında bu və ya digər işlərə baxılarkən, hakimiyyətə lazım olan qərarların qəbulunu təmin edir.
Gürcüstan paradoksal vəziyyətə düşüb.
Hakim korpusunun formal müstəqilliyini nailiyyət hesab etmək olar. Amma bu müstəqillik “klanla” mübarizəni çox çətinləşdirir.
“Klana” tabe olan hakimlər isə üstəlik ömürlük təyin olduqları üçün onları küçəyə atmaq mümkün deyil.
Bəzi siyasətçilər və fəallar ümid edirlər ki, ləkələnmiş reputasiyalı hakimləri “utandıraraq” onları könüllü şəkildə istefa verməyə məcbur etmək olar. Amma hadisələrin bu cür inkişaf perspektivi hələ ki, real görünmür.
Nə olursa olsun, “klan”, o cümlədən də Çinçiladze və Murusidze cənabları şəxsən bu gün Gürcüstanda ən iblisləşdirilmiş, məhkəmə sisteminin müstəqilliyi yolunda müqaviməti tərənnüm edən personalara çevriliblər.
Və yalnız “Gürcü arzusu”nun liderləri baş verənləri etiraf etmir. Səbəb də aydındır – bugünkü vəziyyət məhkəmə üzərində nəzarəti təmin edir.
Köhnə və yeni
Yəni doğrudanmı “Gürcü arzusunun” parçalanmasının əsas səbəbi bu məsələdə haçalanan fikirlərdir? Buna şübhəylə yanaşmaq üçün kifayət qədər səbəb var.
Üsyançıların dediyi kimi “klan” ona görə pisdir ki, onun üzvləri əvvəlki hakimiyyət dövründə təyin edilib [Mixail Saakaşvili zamanında — JAMnews] və hakimiyyətdə olduqları müddətcə hakimlər onların sifarişlərini yerinə yetirirdi.
Bu, həqiqətən də belədir. Amma bugünkü dissidentlər hakimiyyət dəyişəndən sonra eyni hakimlər “millilərə” qarşı siyasi motivli qərarlar qəbul etdikləri zaman bircə dəfə də olsun etirazlarını bildirməyiblər.
Amma nüfuzlu “klana” qarşı etiraz sadəcə bir bəhanə olsa belə, bu bəhanə təsadüfi seçilməyib.
Bəli, qiyamçılar populyar dalğanı tutmağa və özlərini müstəqil ədalət mühakiməsinin müdafiəçisi kimi təqdim etməyə çalışırlar. Amma parçalanmanın real səbəbləri göz qabağındadır – “Gürcü arzusu” veteranları parlament spikeri İrakli Kobaxidze və ona yaxın qruplaşmanın onlar üzərindəki hökmranlığını qəbul edə bilmədilər.
2011-2012-ci illərdə “Gürcü arzusu” müxalifətdə olduğu zaman bu insanlar siyasətdə görünmürdülər, bəziləri isə ümumiyyətlə əvvəlki hakimiyyətin sıralarında çalışırdı.
Amma 2016-cı il seçkilərindən sonra İvanişvili Eka Beseliya və onun kimi veteranlara rəğmən məhz onlara etimad göstərdi.
Belə opportunistlərdən biri – 2015-2016-cı illərdə çoxluğun lideri olan Zviad Kvaçantiradze bəyan etdi ki, onun “Gürcü arzusu” partiyasından getmək haqda qərarı bir neçə ay əvvəl yetişib, “hakimlərin işi” isə son damla olub.
Qiyamçılar onların fikirləri ilə artıq hesablaşılmadığından, çoxluğun isə faktiki olaraq daxili anonim online-chat vasitəsilə idarə olunduğundan şikayətləniblər. “Hakimlərin işi” onlara gözəl gediş imkanı yaradıb.
Ümumilikdə fraksiyanı yeddi nəfər tərk edib, amma spiker kimi tənqidçilər daha çoxdur.
Beseliya qrupunun rədd edilmiş qanun layihəsi özünəməxsus imtahan olub. Bidzina İvanişvilinin qanun layihəsini dəstəkləmədiyi hamıya məlum olsa da “Gürcü arzusunun” 17 deputatı yenə də onun lehinə səs verib.
Digər tərəfdən isə əleyhinə səs verən deputatların sayı da cəmi on yeddi nəfər olub. Amma iqtidar partiyasından olan deputatlarının böyük hissəsi isə ümumiyyətlə səsvermədən çəkinib.
Nəticədə Beseliyanın qanun layihəsi uğursuzluğa düçar olub. Amma İvanişvili üçün əldə olunan yekun nəticə ağrılı psixoloji məğlubiyyətə çevrilib – bu epizodda o, partiya idarəçiliyinin öhdəsindən gələ bilməyib.
Qiyamçılar nəyə ümid edir?
İvanişviliyə nə lazım olduğu aydındır: onun iradəsini və istəklərini yerinə yetirən intizamlı komanda. Bəs geri çəkilənlər nə oyun oynayırlar?
Onlar daha çoxluqdan çıxıblar, amma yenə də artıq sıralarında olmadıqları partiya liderini tənqid etməkdən çəkinirlər.
“Milli hərəkatdan” olan deputat Roman Qotsiridze dəqiq qeyd edib ki, geri çəkilənlər İvanişviliyə yox, Kobaxidzeyə qarşı müxalifətə gediblər.
Onların ritorikası ümidlərini hələ tam itirmədiklərindən xəbər verir: İvanişvili Kobaxidzeyə etimad göstərməklə yanılıb, amma onu hələ “işıqlı tərəfə” keçməyə inandırmaq mümkündür.
Onlar Bidzina İvanişviliyə qarşı yox, onun uğrunda mübarizə aparırlar.
İvanişvili 2013-2015-ci illərdə baş nazir vəzifəsində çalışmış İrakli Qaribaşvilini gözlənilmədən “Arzu” sıralarına bu dəfə partiyanın siyasi katibi ranqında geri qaytaranda “veteranların” içində ümid işığı közərib.
Qaribaşvili heç vaxt öz istefasının səbəbini izah etməyib (çox güman ki, İvanişvilinin tələbi ilə) və istefa verəndən sonra praktiki olaraq ictimaiyyət arasında görünməyib.
Veteranlar (həm partiyadan gedənlər, həm də qalanlar) yekdilliklə onun qayıdışını alqışlayıblar. Onlar ümid edirlər ki, Qaribaşvili sevimsiz Kobaxidzeni əvəz etmək üçün gəlib.
Bu həqiqətən belədirmi? Qaribaşvili öz ilk çıxışında əsasən İvanişvili ilə həmrəyliyi haqda danışıb, həmçinin Eka Beseliya və onun qrupunu düşmənin – Saakaşvili və onun “Milli hərəkat” partiyasının xeyrinə oynamaqda günahlandırıb.
Bu gün heç kim dəqiqliklə deyə bilməz ki, İvanişvili nəyin xətrinə yaddan çıxmış tərəfdaşını geri gətirib. Ola bilər ki, Qaribaşvilinin partiyanı tərk etmək haqda düşünən digər “Arzu” üzvlərini fikirlərindən döndərməsi üçün.
Onun hakimlər “klanı” ilə qarşıdurmaya girəcəyi isə çox böyük şübhə altındadır: qeyd-şərtsiz sənə tabe olan insanı niyə cəzalandırasan ki? Sonrası da İvanişvili üç il əvvəl özünün işdən azad etdiyi keçmiş vəzirinə nə dərəcədə etibar edir axı?
Qaribaşvilinin geriyə qayıdışı daha çox sınaqdan keçən və yeni gedişlər düşünə bilməyən çarəsiz liderin şüursuz jestinə bənzəyir. Ola bilər ki, Qaribaşvilinin qayıdışı İvanişvilinin bəzi qısqanc tərəfdarlarını müvəqqəti olaraq sakitləşdirsin, amma uzunmüddətli perspektivdə bir lider kimi ona qarşı inamı gücləndirə bilməyəcək.
Qiya Nodiya, Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun sədri