Bidzina İvanişvili

Bidzina İvanişvili (1956-cı ildə anadan olub) – milyarder, Gürcüstanın keçmiş baş naziri (oktyabr 2012 – noyabr 2013). O, 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanandan sonra Gürcüsranda iqtidarda olan “Gürcü arzusu” siyasi partiyasının banisi və lideridir.
 
İvanişvili 2013-cü ilin noyabrından, baş nazir vəzifəsindən istefa verəndən sonra heç bir dövlət mövqeyi tutmur. Amma Gürcüstanda və ölkə hüdudlarından kənarda onu ölkənin kölgədəki rəhbəri adlandırırlar. Gürcüstanın yüksək vəzifəli rəsmi şəxsləri və “Gürcü arzusu” partiyasınnın təmsilçiləri mühüm qərarlar qəbul etməzdən əvvəl açıq şəkildə onunla məsləhətləşirlər. Bidzina İvanişvili “Forbes”un dünya milyarderləri siyahısına daxil olmuş yeganə gürcüstanlı milyarderdir. 2019-cu ildə onun aktivləri 4,9 milyard dollar təşkil edib. O, əsas kapitalını 1990-cı illərdə Rusiyada qazanıb.