Haqqımızda
JAMnews – Qafqazın müxtəlif regionlarından olan, qarşılarına oxucu və tamaşaçılara müxtəlif və hərtərəfli məlumat çatdırmaq məqsədi qoyan peşəkar jurnalistləri, həm də müəllif və ekspertləri birləşdirən unikal media platformasıdır.
Biz regionda baş verən hadisələr barədə son xəbərləri təqdim edir, sırf yoxlanılmış məlumatları yayır, mühüm hadisə və tendensiyaların peşəkar və müstəqil təhlilini təklif edirik – bununla da Qafqazın müxtəlif regionlarında yaşayan insanları bir-biri ilə daha yaxından tanış etməyə çalışırıq.
JAMnews ən müxtəlif baxışları olan insanların öz informasiya, fikir və rəyləri ilə rahat bölüşə bildiyi bir meydandır, JAMnews münaqişə zonalarının qarşı tərəflərində, bir-birinə əks olan siyasi və sosial reallıqlarda yaşayan insanların müxtəlif, bəzən də bir-birinə zidd fikirlərini cəmiyyətə çatdırmağı lazım bilir.
Müvafiq olaraq, JAMnews-un materiallarında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə JAMnews və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
JAMnews diskussiyalar üçün tam açıqdır. Bununla belə biz materiallara yazılmış təhqir kimi qiymətləndirilə bilən, məzmununda təhdid, zorakılığa çağırış olan və ya hər hansı başqa səbəbdən yolverilməz sayılan şərhləri silmək hüququnu özümüzdə saxlayırıq.
JAMnews UK Conflict, Stability and Security Fund-un dəstəyi ilə yaradılıb və mövcuddur.
Bu, həmçinin Free Press Unlimited (FPU), The National Endowment for Democracy (NED), The Black Sea Trust for Regional Cooperation (BST), Confidence Building Early Response Mechanism (COBERM), the Thomson Reuters Foundation, NESENHUTI, TRANSITION tərəfindən dəstəklənib.
Əlavə məlumat verməyə şad olarıq – redaksiyanın elektron ünvanı: [email protected]