Fransa prezidenti islam separatizminə müharibə elan edib
Mənbə: BBC
Emmanuel Makron bəyan edib ki, Fransada islam radikalları tərəfindən daxili “əks-dövlət” yaratmaq təhlükəsi var. O xəbərdarlıq edib ki, ilin sonuna qədər fransalı müsəlmanların həyatını nizamlayan qanunlar kəskin sərtləşdiriləcək.
Məscidlərin dini təhsil müəssisələrinin maliyyə mənbələri daha ciddi nəzarət altına alınacaq.
Həmçinin dini təhsil müəssisələrində xaricdən gələn müəllimlərin işləməsi qadağan ediləcək.
Fransa prezidentinin sözlərinə görə, radikal islam ölkə üçün təhlükə kəsb edir, çünki radikal islamçılar “əks-dövlət” formalaşdırırlar.
Onlar uşaqları ümumtəhsil məktəblərindən yayındırır və Fransa prinsiplərinə uyğun olmayan ideyaların təbliği üçün ictimai həyatın müxtəlif formalarından istifadə edirlər.
Qərbi Avropada ən böyük müsəlman əhali Fransadadır, 6 milyondan çox insan.
Üstəlik Fransa din və dövlətin ayrı olması prinsipinə fövqəladə dərəcədə ciddi riayət olunur.
Amma son illər ərzində Fransada islam icmasının nümayəndələrinin iştirakı ilə terrorçuluqhalları artıb. Ən məşhuruı – 2015-ci ildə Parisdə “Şarli Ebdo” satirik jurnalının redaksiyasına qanlı hücumdur.
• “Je suis Charlie” üç il sonra
• Niyə çeçenlər ərəblərlə Fransada savaşırlar və Putinə dəstək şüarlarının orda nə işi var?
• “Suriyaya silah çatdıran [Qərb] Qafqazda Türkiyə əsgərləri haqda danışa bilməz” – Ərdoğan
Bir həftə əvvəl əli bıçaqlı islamçı Parisdə iki nəfəri ağır yaralayıb.
İslama münasibətdə qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar Fransada əvvəllər də atılıb. İctimai yerlərdə hicab geyinməklə bağlı daha ciddi məhdudiyyətlər tətbiq olunub.
Fransada müsəlmanlar zorakılığı kəskin qınayıblar, bəzilərinin isə prezidentin təşəbbüsünə reaksiyası qəzəbli olub.
“Müsəlmanlara qarşı repressiyalar təhdid idi, indi isə vəddir”, – fransalı hüquq müdafiəçisi Yasir Luati Twitter-də yazıb.
Emmanuel Makronun tənqidçiləri bildirirlər ki, onun bəyanatı 2020-ci il prezident seçkiləri ərəfəsində mühafizəkar baxışlı seçicilərin rəğbətini qazanmaq cəhdidir.