Qarabağda niyə müharibə gedir və ondan qaçmaq olardımı – Ermənistan baş nazirinin cavabları
Nikol Paşinyan Facebook-dakı səhifəsində post dərc edib. O bu postda özünə 6 sual verib və onları qısa cavablandırıb.
Baş nazirin dərcinin tam mətni:
1. Bu müharibə nə üçündür? Qarabağın statusu naminə.
2. Biz bu müharibədən qaça bilərdikmi? Bəli, əgər əraziləri versəydik və qeyri-müəyyən müddətə Qarabağın qeyri-müəyyən statusuna, bir də statusun sonrakı düzəlişi üçün mexanizmlərin yoxluğuna razılaşsaydıq.
3. Biz danışıqlar yolu ilə Qarabağ üçün məqbul statusa və hər hansı digər mövqeyə nail ola bilərdikmi? Xeyr, çünki bunu etmək üçün son imkan 2001-ci ildə Kazanda itirildi.
4. Biz bu müharibəni dayandıra bilərikmi? Nəzəri cəhətdən, bəli, 2-ci maddədə göstərilən variantın azacıq daha pis formulu ilə.
5. Müharibə Qarabağın statusuna çözüm olacaqmı? Əgər biz müharibədə uğur qazanarıqsa, bəli.
6. Müharibədə uğur qazana bilərikmi? Əgər biz bütün milli potensialı bu məqsəd ətrafında cəmləyər, səmimi-qəlbdən və fədakarlıqla bu məqsədə doğru irəliləyəriksə, bəli.