Martın 26-ı səhər saatlarına qədər Gürcüstanda 77 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan altısı ağır vəziyyətdədir, on nəfər sağalıb. 4346 nəfər karantin altındadır, xəstəxanalarda 247 nəfər müalicə olunur
Martın 26-dan Gürcüstanda koronavirusun üzə çıxarılması üçün ekspress-testlər işə salınıb ki, bu testlərin nəticəsi saat yarıma əldə olunur.
İlk mərhələdə xüsusi risk zonası elan olunan və hazırda karantin altına alınan Marneuli və Bolnisi şəhərlərinin sakinləri yoxlanılacaq
1000 testdən ibarət ilk partiyanı Gürcüstana Çin hədiyyə edib. Yaxın günlərdə 1 milyon 182500 dollar dəyərində daha 215 min ekspress-testin alınması gözlənilir. Gürcüstan hökuməti Çinin “Shenzhen Bioeasy Biotechnology” şirkəti ilə saziş imzalayıb.