Daşdan xaç yaradan qadının hekayəsi: harmoniyaya doğru yol. Ermənistandan videobloq
Ermənistanda xaçkar – daş xaçlar yaradan ustalar çoxdur. Amma onlar arasında qadın az tapılır. Videobloq müəllifi Lusine Aleksanyan – xaçkar yaradan qadın, onun bu işə necə başlaması və özü ilə harmoniyaya çatması haqda danışır.
Xaçkarlar müqəddəs hesab edilən erməni abidələridir, onlar adətən üzərində xaç təsviri olan daş parçasından ibarət olurlar. “Xaçkar” sözü iki kökdən – “xaç” və “kar” – “daş” sözlərindən ibarətdir.
“Bu iş sayəsində mən özümlə, düşüncələrimlə, arzularımla, bacarıqlarımla harmoniyaya çatdım. Hətta özümdə əminlik yarandı, bu isə harmoniyanın əsaslarından biridir.
Düşüncələrimdə naxışlara, daşa qarışıram və oxumağa başlayıram. İş prosesində xaçkarın harada quraşdırılacağı, mənim buna görə nə qədər alacağım haqda düşünmürəm. O hazır olacaq, mən onun son görkəmini görəcəm və bu, artıq böyük məmnuniyyətdir”.
Lusinenin hekayəsinin təfərrüatları videobloqda.