Azərbaycanda bank qarışıqlığı və bu, koronavirusla necə əlaqəlidir?
Bakı sakinləri artıq neçə gündür ki, bəzi bankların qarşısında uzun növbələrdən şikayətlənirlər. Banklarda vətəndaşlara kartlar verilir, koronavirus epidemiyası və karantin üzündən işini itirənlərə dövlətin ödədiyi kompensasiya həmin kartlara köçürülür. Bununla belə bankların əksəriyyəti yalnız günorta saat 2-ə qədər işləyir. Bir neçə bank isə ümumiyyətlə bağlanıb.
Bakılılardan biri vəziyyəti belə təsvir edir:
“Artıq neçə gündür ki, pul köçürməsini ala bilmirəm. Dünən 40 dəqiqə növbədə gözlədim və məlum oldu ki, onlarda valyuta yoxdur. Bu gün isə bəlli olub ki, 14:00-a qədər işləyən banklar saat 13:00-a qədər sorğu qəbul edirlər. Ətrafdakı mağazalar isə axşama qədər açıqdır. Bankların ətrafında izdiham toplanır. Bəzilərinin yanında ya polis, ya da mühafizəçi dayanır, səsini qaldırır, kobudluq edir və hamı ilə “sən”lə danışırlar”.

İşini itirənlərə verilən kompensasiya ayda 190 manat [112 dollara yaxın] təşkil edir və 600 min nəfər vətəndaş üçün nəzərdə tutulub. Hərçənd, ekspertlərin fikrincə, karantinə görə qazancdan məhrum olan və yardıma ehtiyacı olanlar xeyli daha çoxdur. Kompensasiya iki aylıq nəzərdə tutulub. Apreldə bu məbləğ insanlara poçtla göndərilib, mayda isə insanların almaq üçün növbələrdə gözlədiyi həmin bu kartlara köçürməyə söz verilib.
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı? Şərh
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Pandemiyadan sonra Gürcüstanda turizmi nə gözləyir?
Bankların bağlanmasına gəlincə, konkret səbəblər göstərilmir, amma ekspertlərin fikrincə, onların kreditlərlə bağlı problemi yaranıb. Rəsmi məlumata görə, bankların “lisenziyaları ləğv edilib”.
Aprelin 29-a olan rəsmi məlumata əsasən, Azərbaycanda COVID-19 virusuna yoluxanların ümumi sayı 1766 nəfərə çatıb, onlardan 23 nəfər ölüb, 1267 nəfər sağalıb.
Aprelin 27-dən ölkədə karantin rejimi yumşaldılıb. Əksər mağazalar, o cümlədən də atelye və fotostusiyalar açılıb.