Bakıda nəqliyyat kollapsı: Mənzil başına necə çatmalı
Azərbaycanda koronavirus pandemiyasına görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb, amma 2020-ci ilin oktyabrından metro işləmir. Bakıda nəqliyyat kollapsı birinci növbədə bununla əlaqədardır. Şəhər sakinləri israrla metronun açılmasını tələb edirlər, amma hakimiyyət təmkinli olmağa çalışır.
- “Uğurlu olmaq üçün Azərbaycan, Ermənistan və Gürcüstan insanlara sərmayə yatırmalıdır”
- Düz bir il sonra Azərbaycanda ali məktəblər açılır, amma hamı üçün yox
2020-ci ilin oktyabrında koronavirusa yoluxma hallarının artmasına görə Bakıda əsas nəqliyyat vasitəsi – metro bağlanıb. Həmin vaxtdan şəhərdə qalan yeganə nəqliyyat – avtobuslar da istirahət günləri işləmir.
Karantin bitib, nəqliyyat qadağası aradan qalxmayıb
2020-ci il yanvarın 18-də Azərbaycanda pandemiya başlayandan ən uzun lokdaun başa çatıb. Lokdaun 2020-ci il dekabrın 14-də elan olunub və 35 gün davam edib. Həmin müddət ərzində insanlar xüsusi icazə ilə sutkada ancaq 3 saatlıq evlərini tərk edə bilirdilər.
Məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, insanlar üçün nəqliyyatla bağlı bütün qadağalar qüvvədə qalıb.
Beləliklə, Bakıda metro işləmir, avtobuslar isə anca ara günlər işləyir. Başqa sözlə, şənbə və bazar günləri paytaxtda ancaq şəxsi avtomobillərlə və taksi ilə hərəkət etmək mümkündür.
İşləyənlərə tələbələr və şagirdlər də əlavə olunub
Füvralın 15-dən ölkənin Təhsil Nazirliyinin qərarı ilə V-IX sinif şagirdləri, o cümlədən də tələbələr təhsil müəssisələrinə qayıdıblar. Ali məktəblərdə əyani təhsil fiziki iştirak tələb edəb ixtisaslar üçün açılıb. Bu siyahıya gələcək tibb işçiləri və mühəndislər aiddir.
Bakıda nəqliyyat kollapsı: Sərnişinlər dayanacaqlarda avtobusları mühasirəyə alır.
Təbii ki, bu amil ictimai nəqliyyat sərnişinlərinin sayını artırıb və bütün şəhəri tıxaclar və narazılıqlar dalğası bürüyüb.
Bakıda nəqliyyat kollapsı və sərnişinlərin narazılıqları
Fevralın 15-də bütün günü və fevralın 16-da səhər sosial şəbəkələrin Azərbaycan seqmenti və KİV Bakı küçələrindəki tıxacların videoları və fotoları ilə dolub.
Bəzi istifadəçilər narazı statuslar yazırlar. Onlardan bəziləri:
“Metronu açmaq lazımdır və bu heç müzakirə belə olunmur. Qoy heç olmasa, kimsə adam kimi bu qadağanın mənasını izah etsin”;
“Qış parkından Əhmədliyə qədər [təxminən 10 kilometrlik mməsafə] 2 saat yarıma gəlmişəm. Metroda maksimum yarım saata gələ bilərdim”;
“O yerə çatıb ki, marşrut taksilər də xəttə çıxıb [Bakıda bu nəqliyyat növü bir neçə il əvvəl qadağan edilib]”.
Müxalifətçilər narazılara qoşulublar
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Bakıda yol hərəkəti qaydalarındakı yeniliklərdən şikayətlənir.
İş orasındadır ki, az əvvəl yollarda avtobuslar üçün zolaq əmələ gəlib. Adi avtomobillərə həmin zolaqla hərəkət etmək qadağandır və qayda pozucuları cərimələnir.
Cəfərli Facebook səhifəsində bu zolaqların hətta istirahət günləri, avtobuslar işləmədiyi zaman da boş qaldığına diqqət çəkib:
“Bir BNA-nın qulu çıxıb demir ki, millət, şənbə-bazar o xəttlər qüvvədən düşmüş hesab olunur, cərimə yazılmayacaq. Bəlkə də artıq YPX cərimələri yazır, soruşsan niyə yazırsan, deyəcək, avtobus yoludur, desən ki, bəs avtobus hanı, deyəcək qarajda”.