Bakı sakinləri karantindən torpaq yollarla qaçmağa, polis isə bunun qarşısını almağa çalışır
Bakıdan regionlara gedən kənar qrunt yollarda kameralar quraşdırılıb ki, heç kim karantin postlarından yayınaraq paytaxtdan çıxmasın. Yol polisi ötən həftə, iyunun 20-də yüzlərlə insan karantindən “xilas” olaraq, qadağaya rəğmən öz avtomobillərində şəhəri tərk etmək istədikdən sonra bu tədbirə əl atıb.
- Koronavirusu gizlətmək, ya iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
- Koronavirus biznesə qarşı. Yerevandan video
Azərbaycanda koronavirusun ikinci dalğası davam edir. Hər gün 500-ə yaxın yeni yoluxma halı qeydə alınır. Buna görə də hakimiyyət yenidən sərt karantin rejiminə qayıdıb və rejim iyunun 21-dən iyulun 5-ə qədər davam etməlidir. Digər qadağalarla yanaşı bu o deməkdir ki, böyük şəhərlərin sakinləri sms-icazə almaqla evdən yalnız gündə bir dəfə iki saatlıq çıxa bilərlər.
Yayın istisində şəhərdə evə qapanıb qalmaq perspektivi bakılılara qətiyyən xoş olmadığı üçün bəziləri karantin dövrünü təbiətdə keçirmək üçün regionlara “qaçmaq” qərarına bəliblər. Üstəlik əyalətlərdə karantin qaydaları zəifdir və çoxlarının orada ya qohumları, ya da bağ evləri var.
Amma Bakıdan çıxışlar bağlıdır, şose yollarında postlar qoyulub, buna görə də insanlar kənar qrunt yollarla getmək qərarına gəliblər.
Bunun belə olacağını təxmin edən polis bütün kənar qolları ekskavatorlarla qazdırıb ki, bu yollardan keçmək mümkün olmasın.
Amma inadkar “qaçaqlar” xəndəklərin üstünü örtərək yollarına davam ediblər.
Bu haqda 1news və APA TV xəbər verib.
Bir sözlə, iyunun 20-dən 21-ə keçən gecə (karantin qüvvəyə minən ərəfə) həm sürücülər, həm də polis üçün çox hərəkətli keçib. Nəticədə yüzlərlə insan geri qayıtmalı olub. 200 nəfərə yaxın vətəndaş inzibati məsuliyyətə cəlb olunacaq.
Bəzi sürücülər bildirib ki, şəhərdən çıxış hüquqları var (məsələn, regionlarda qeydiyyatda olduqları üçün), amma postlarda tıxaclarda saatlarla dayanmamaq üçün kənar yollardan istifadə ediblər.
İndi isə yol polisi belə halların qarşısını video-müşahidə kameralarının köməyi ilə almaq ümidindədir.