Azərbaycanda koronavirusa qarşı peyvəndin üçüncü – buster dozası məcburi oldu
2022-ci il fevralın 15-dən Azərbaycanda koronavirusa qarşı peyvəndin üçüncü – buster dozasının vurulduğu haqda sənəd təqdim etmədən qapalı məkanlara daxil olmaq mümkün olmayacaq. Bu günə qədər müddətsiz olmasına baxmayaraq, vaksinin iki dozası haqda COVID-pasportun müddəti artıq 6 ayla məhdudlaşdırılıb.
- Ermənistanda COVID-19 ilə bağlı yeni məhdudiyyətlər. “Omikron” un yayılmasının qarşısını almaq cəhdi
- Azərbaycanda mənfi PCR-test COVID-pasporta bərabərləşdirilib
- Gürcüstanda dekabrdan “yaşıl pasportlar” tətbiq olunacaq, təqaüdçülərə isə peyvəndə görə pul veriləcək
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində pandemiya ilə bağlı karantin tədbirlərinə dair yeni qərarlar elan edilib.
Operativ Qərargahın yeni qərarına əsasən, 2022-ci il fevralın 15-dən koronavirusa qarşı peyvəndin iki dozasının vurulduğuna dair COVID-pasport yetərli olmayacaq. Bu günə qədər bu virtual sənəd müddətsiz idi. İndən belə isə vaxsinin ikinci dozasından sonra aytı ay keçdiyi zaman COVID-pasport qüvvədən düşəcək. Başqa sözlə, 2021-ci ilin sentyabrın peyvəndin ikinci dozasını vurduranlar COVID-pasportdan 2022-ci ilin martına qədər istifadə edə biləcəklər.
Peyvəndin üçüncü – buster dozasının vurulduöu haqda sənəd hələlik müddətsiz elan olunub. Amma Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümovun qeyd etdiyi kimi gələcəkdə bununla bağlı başqa qərar da qəbul oluna bilər. Bu o deməkdir ki, dördüncü dozanın da məcburi olması haqda qərarın əli qulağındadır.
Azərbaycanda COVID-pasportsuz ictimai iaşə müəssisələrinə (qapalı məkanları), kinoteatrlara, teatrlara, muzeylərə, ticarət mərkəzlərinə giriş qadağandır.
Azərbaycanda vaksinasiya
Dekabrın 28-ə olan məlumata əsasən, Azərbaycanda əhalinin 51,6 faizi koronavirusa qarşı vaksinin birinci dozasını vurdurub. İki dozanı vurduran vətəndaşların sayı isə 46,7 faizdir.
Azərbaycan sakinlərinin 14,3 faizi vaksinin üçüncü – buster dozasını alıb.