“Bizimlə heç kim maraqlanmır”. Azərbaycanda koronavirus xəstəsinin hekayəsi
Nəsimi Bakıda nəqliyyat şirkətlərinin birində təmir şöbəsində işləyir. Onun COVID-19 virusuna yoluxduğu aşkarlanıb.
“Mən bu yeni virusa necə yoluxdum? Bir gün səhər oyandım ki, nəsə özümü birtəhər hiss edirəm. Yoldaşım özümə gəlim deyə mənə ballı süd vedi. Bir az yaxşı oldum, bazara getdim, ordan da qızımın yanına. Yolda çox pis oldum. Təzyiqim 130-a qalxdı, qızdırmam da yüksək idi. Qızıma zəng vurdum (hələ yatırdı), çox qorxdu. O da təşviş içində təcili yardıma zəng vurdu. Təcili yardım gəlib analiz götürdü. Dörd gündən sonra cavab gəldi. Beləcə koronalarını yapışdırdılar mənə.
- Koronavirusu gizlətməli, ya iqnor etməli? Hər ikisi! Bakıdan hekayə
- “Həyatımız onsuz da həmişə təhlükədədir”. Tanınmış azərbaycanlı fəalla müsahibə
- Ölüm tarixçəsi. Azərbaycanda qadın təcili yardım gəlmədiyi üçün ölüb
Ailəmdə hamı virusa ciddi yanaşırdı. Karantin müddətində bütün qaydalara əməl edirdim – əllərimi yuyurdum, işdən başqa heç yana getmirdim, hər şeyi spirtlə silirdim. Camaat bir maska taxanda, mən ikisini birdən taxırdım. Bu da başıma gələnlər.
Həkimlər bizə gəlmədi. Kimə müraciət etsək, deyirdilər ki, “bu onların işi deyil”. Hər şeyi özümüz alırıq, heç bir iynə yazılmayıb.
Televizorda deyirlər ki, hər şey nəzarət altındadır, amma bu yalandır. Həkimlər açıq-aşkar çatışmır. Bizimlə ümumiyyətlə maraqlanan yoxdu.
Düzü, bilmirm tanışlar bu xəbərə necə münasibət bəslədilər. Özləri üçün qorxmuş olsalar da, bunu adamın üzünə deməzlər axı.
Mənə həyat yoldaşım qulluq edir. O, heç nədən qorxmur. Tanış tibb bacısını çağırdıq, o da mənə sistem köçürdü – dəstəkləyici dərmanlardan ibarət.
Yoldaşım evdən çıxmır, yeməyimizi isə oğlum gərtirir. Mağaza da, Allaha şükür ki, düz evin altındadır. Oğlumu işdən buraxıblar, təbii ki, məni də.
Yeri gəlmişkən, yoldaşımı və oğlumu analiz elədilər. Heç nə çıxmadı! Baxmayaraq ki, həmişə yanımdadılar. Yoldaşım ümumiyyətlə fikirləşir ki, hamısı boş şeydir və “onlar sadəcə plan verirlər”.
Qripi heç olmasa bilirsən ki, nədir. Gah burnun axır, gah öskürürsən. Bunda isə heç nə baş vermir, amma deyirlər ki, səndə koronadı. Bax indi özümü yaxşı hiss edirəm, heç bir şikayətim yoxdur.
Deyirlər ki, hamımız xəstəliyi keçirəcəyik. Zəiflər də, güclülər də. Sadəcə özünü qorumaq lazımdır, mən ancaq bunu bilirəm”.