Belarus prezidenti konstitusiyanı həbsxanada islah edir
Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbuslarla görüş keçirib. Rəsmi versiyaya görə, bu görüşdə konstitusiyanın islahatı müzakirə olunub. Bu olayın arxasındakı gerçək nədir? Belarus ekspertlərinin rəyləri.
Belarus DTK təcridxanasındakı görüşdə Aleksandr Lukaşenko, iki keşikçisi və on bir siyasi məhbus – ötən prezident seçkilərində Lukaşenkonun rəqibləri, onların qərargahlarının üzvləri, müxalifətin seçkilərdən sonra yaratdığı Əlaqələndirmə Şurasının iştirakçıları olub.
•Lukaşenkonun xüsusi əməliyyata bənzəyən inauqurasiyası. Foto
•Rusiya Belarusu alacaq? Ekspertlərin rəyi
•Belarus: hakimiyyət repressiyaları gücləndirir və “islahatlar” təklif edir
Görüş dinc nümayişçilərin növbəti amansız qovulması fonunda keçib. Avqustun 19-da baş tutmuş seçkilərdən sonra Lukaşenko öz qələbəsi ni elan edəndən sonra Belarusda etiraz aksiyaları, demək olar ki, iki aydır davam edir. Belə ki müxalifət seçkilərin saxtalaşdırıldığını elan edib, yüzlərlə insan küçələrə axışıb.
Belarus dövlət mediasının versiyasına görə, konstitusiya islahatları müzakirə olunub və “prezident hər kəsi eşitmək istəyib”. Bu mənbələrə əsasən, “söhbət konstruktiv olub”, amma “onun iştirakçıları məzmunu yaymamaq barədə razılaşıblar”.
Müstəqil jurnalistlər bu görüşdə Mariya Kolesnikovanın – Belarus müxalifətinin ən parlaq və məşhur fiqurlarından birinin olmadığını qeyd ediblər.
Görüşdən bir gün sonra həbsxanada iki məhbus azad edilib. Bu şəxslər müsahibə verərək, Lukaşenkonun təşəbbüsünü yüksək qiymətləndiriblər və deyiblər ki, onlara “konstitusiya islahatları üzrə təkliflər hazırlamaq tapşırılıb”.
Müstəqil media və ekspertlər Aleksandr Lukaşenkonun həbsxanaya gedişi ilə bağlı başqa fikirdədir.
“Belarus başçısının özünün həbsxanaya göndərdiyi siyasi məhbuslarla görüşü alicənablığın təzahürü deyil. Bu ondan xəbər verir ki, Rusiya cəbhəsində işlər lap pisdir. Bu, siyasi məhbusların “Qərbin vərəqinin çevrilməsi” nə dəyişdirmək imkanını araşdırmaq yolunda ümidsiz cəhddir”, – EAST araşdırma mərkəzindən Andrey Yeliseyev hesab edir.
“Lukaşenkonun vəziyyəti kritikdir, bütün səylərə və terrora baxmayaraq, ölkədəki şərait stabillikdən uzaqdır. Gərginliyi aradan qaldırmaq və etirazları yumşaltmaq lazımdır. Həbsxanaya getmək sadəcə hamının başının altına yastıq qoymaq cəhdidir”, – Varşava siyasi analiz və proqnozlaşdırma mərkəzinin rəhbəri Pavel Usov təsdiqləyir.
Filosof Vladimir Maskeviç deyir ki, bu görüş Lukaşenko hakimiyyətdə qaldğı təqdirdə ölkəni nə gözlədiyinin nümunəsidir:
“Dialoqun sxemi belə görünür. Lukaşenko daxili işlər nazirinə:
Mənim üçün bunu, bir də bunu və bunu həbs edin! Əllərini qandallayın və ağızlarını yumun. Onlarla dialoq aparmaq istəyirəm”.