Lukaşenkonun inauqurasiyası xüsusi əməliyyata bənzəyir. Foto
2020-ci il sentyabrın 23-də Minskdə tam məxfi şəraitdə və öncədən məlumat verilmədən Aleksandr Lukaşenkonun inauqurasiyası baş tutub. Müxalifət cavabında fasiləsiz itaətsizlik aksiyasına çağırış edib.
• Rusiya Belarusu alacaq? Ekspert rəyləri
Lukaşenkoya qarşı kütləvi etiraz aksiyaları bütün ölkə üzrə 2020-ci il avqustun 9-dan, prezident seçkilərindən sonra davam edir. Müxalifətin fikrincə, seçki nəticələri saxtalaşdırılıb.
Koordinasiya Şurasını “Belarus xalqının müvəqqəti təmsilçisi” hesab edən və yeni seçkilərin keçirilməsini tələb edən Avropa İttifaqı da bu fikirdədir.
İnauqurasiya hətta dövlət televiziyası vasitəsilə də yayımlanmayıb, ekranda bu zaman seriallar davam edib. Şəhər mərkəzi isə tam bağlanıb və belə görünüb:
Dövlət İnformasiya Agentliyinin məlumatına görə, Lukaşenko belarus dilində and içib və öz nitqində bəyan edib ki, “Belarusda rəngli inqilab baş tutmayıb”.
Bu informasiya yayılandan dərhal sonra Belarus müxalifətinin Koordinasiya Şurası Lukaşenkonun əməllərini qeyri-legitim adlandırıb və vətəndaşları fasiləsiz itaətsizlik aksiyasına çağırıb.
Lukaşenkonu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən dünya ölkələrinin sayı 10-dan çox olmayıb. Onların arasında Çin, Rusiya, Ermənistan və Azərbaycan var.