Cənubi Osetiyada prezident haqda tənqidi məqaləsinə görə jurnalisti işdən qovmaq istəyirlər
Cənubi Osetiyanın “İr” Dövlət Teleradio Şirkətinin rəhbərliyi jurnalisti “Exo Kavkaza” saytında (“Azadlıq Radiosu”nun Tbilisi, Suxumi və Sxinvalidə baş verən hadisələri işıqlandıran layihəsi) dərc olunan materialına görə işdən qovmaq istəyir.
“Exo Kavkaza” ilə əməkdaşlıq edən jurnalist İrina Kelexsayeva bildirir ki, münaqişəyə onun Cənubi Osetiya prezident Anatoli Bibilov və rusiyalı biznesmen Taymuraz Bolloyev arasındakı çəkişmədən bəhs edən “Prezident və sərmayəçi necə dalaşdı?” məqaləsi səbəb olub.
Kelexsayevanın sözlərinə görə, prezident məqaləni şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib. Fevralın 19-da səhər güc strukturlarının əməkdaşları Kelexsayevanın işlədiyi Dövlət Teleradio Şirkətinin binasına gələrək, axtarış aparıblar.
“Aralarında dövlət mühafizəsinin və prezidentin şəxsi təhlükəsizliyi xidmətinin tanıdığım əməkdaşlarının da olduğu kişilər sənədləri yoxlayır, silinmiş məktubları bərpa edir, hansısa faylları yükləyirdilər, daha bilmirəm onları nə maraqlandırırdı. Bir saata yaxın kompüterlərdə eşələndilər, sonra getdilər”, – İrina Kelexsayeva “Exo Kavkaza”ya danışıb.
O qeyd edib ki, iş günü bitəndən sonra ona mühasibatlıqdan zəng vurub, deyiblər ki, o, geri qayıdıb, öz istəyi ilə işdən getməsi haqda ərizə yazmalıdır.
“Mən cavab verdim ki, işimi çox sevirəm, işdən getmək üçün heç bir əsas görmürəm və ərizə də yazmayacam”, – Kelexsayeva deyir.
“Exo Kavkaza” xəbər verir ki, İrina Kelexsayevanın başına gələn hadisə yenilik deyil. Buna qədər “İr” radiostansiyasının direktoru “Exo Kavkaza” saytına danışıb ki, ondan Kelexsayevanı işdən qovmasını tələb etdikləri üçün o, səhər efirini təxirə salmalı olub.
H
adisələrə səbəb olmuş Cənubi Osetiya prezidenti və biznesmen arasındakı münaqişənin mahiyyəti haqda.
Söhbət Taymuraz Bolloyevin 2013-cü iləd Sxinvalidə açdığı tikiş fabrikindən gedir. O zaman iş adamı hakimiyyətdən sərmayə əvəzində müəyyən müddətə vergidən azad olacağına dair zəmanət alıb.
Amma Cənubi Osetiya hökuməti bu yaxınlarda Bolloyevin “BTK Qrup” şirkəti qarşısında yalnız cari vergi borcunun deyil, həm də ötən illər ərzində toplanan borcların da hesabını qoyub.
Bolloyevin yaxın çevrəsindən olan mənbənin sözlərinə görə, iş adamı bu durumdan çox məyus olub və respublika ərazisində istehsala son qoymaq niyyətini açıqlayıb.
İrina Kelexsayevanın öz məqaləsində istinad etdiyi mənbə danışıb ki, Cənubi Osetiya prezidenti Anatoli Bibilov fevralın 15-də Bolloyevlə danışıqlar aparmaq üçün təcili Moskvaya yollanıb. Amma iş adamı onunla ünsiyyətdən imtina edib.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır