Gürcüstanlı valideynlər: biz itirilmiş “Covid-nəsli” ilə üz-üzə qalmaqdan qorxuruq
Gürcüstanın “Valideynlər təhsil naminə” qeyri-hökumət təşkilatı hökumətə məktubla müraciət edib və uşaqlar qarşısında öhdəlikləri yerinə yetirməyə çağırıblar.
Təşkilat uşaqların təcrid olunması, uşaq bağçaları və məktəblərin başlanması ilə bağlı təhlükələr haqda danışıb. Onların sözlərinə görə, gələcəkdə Gürcüstan “itirilmiş Covid-nəsil”lə üz-üzə qalacaq. Çünki uşaqlar fiziki aktivlik və təmiz hava əvəzinə kompüter qarşısında vaxt keçirirlər:
“Uşaqların səhhətlərilə bağlı tez-tez problemləri olur. Təcrid və məhdudiyyətlərə görə getdikcə daha çox uşaq hər gün psixoloq yardımına ehtiyac duyur, çünki onlar sosiallaşma problemi ilə üzləşirlər, uşaqlarda depressiyaya, davranış və emosional problemlərə meyillilik yaranır”.
Onların sözlərinə görə hələlik bunun qarşısını almaq üçün hansı addımların atıldığı məlum deyil. Qərar qəbul edənlər ancaq məhdudiyyətlər haqda danışırlar, uşaqları məktəblərə qaytarmaq üçün nə etdikləri haqda isə susurlar. Bunun üçün konkret hansı addımlar atılıb, hansı nəticələr əldə edilib və yaxın zamanda nələr planlaşdırılır?
QHT həmçinin məktəb təhsulinin uşaqlar üçün daha əlçatan edilməsi üçün konkr3et addımların atılmasını istəyir.
O cümlədən də:
- Dövlət məktəblilərin və valideynlərin hədəf qruplarında Covid-19-a qarşı vaksinasiya həyata keçirməlidir.
- Risklərin dəyərləndirməsi və əsaslı qərarların qqəbul edilməsi şərtilə hər bir məktəbin açılması üçün meyarların müəyyən edilməsi.
- I və XII siniflər üçün istisna etmək və birinci sinif şagirdlərinin adaptasiya və sosiallaşma prosesinin normal keçməsi, son sinif şagirdlərinin isə məktəbdə aldıqları biliklərdən istifadə edərərk təhsili davam etmək imkanlarının olması üçün məktəbləri onların üzünə açmaq.
- Школы в Грузии: защитить детей и от заражения, и от одиночества онлайн-образования — как?
- «В советское время меня бы прятали дома» — почему детям с инвалидностью трудно в школах в Грузии
- Церковь и Pfizer: почему Грузия провалила кампанию по вакцинации
Gürcüstan məktəblərində sentyabrın 15-dən oktyabrın 4-ə qədər distant təhsil bərpa olunacaq. Məhdudiyyətlər həm orta, həm də ali məktəblərə aid edilir. Bundan başqa özəl və dövlət uşaq bağçaları oktyabrın 4-ə qədər açılmayacaq.
Oktyabrın 4-dən məktəblərə fərqli yanaşma tətbiq ediləcək, bu isə o deməkdir ki, yoluxma dörd faizdən az olan şəhərlərdə və kəndlərdə siniflərdə tədris bərpa olunacaq – təhsil naziri Mixail Çxenkeli deyib. Amma valideyn ğvladının əyani, yoxsa distant təhsil alacağı ilə bağlı seçim edə biləcək.
Epidemiyanın kəskinləşməsi ilə əlaqədar Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya oktyabrın 2-ə təyin olunmuş yerli idarəetmə orqanların seçkilərin təxirə salınmasını tələb edib.
Son aylarda Gürcüstanda hər gün 6 minə qədər koronavirusa yoluxma və 80 ölüm halı qeydə alınır.
Y9oluxma səviyyəsi hələ də yüksəkdir və heç bir regionda stabilləşmə əlaməti yoxdur – səhiyyə nazirinin müavini Tamar Qabuniya avqustun 18-də keçirilən brifinqdə deyib.