“Bu mərhələdə Qarabağ məsələsinin diplomatik həlli yoxdur” – Ermənistanın baş naziri
Ermənistanın baş naziri Facebook səhifəsində canlı yayımda çıxış edib, hamını və hər kəsi Vətənin müdafiəsinə qalxmağa çağırıb – ilk növbədə əlisilahlı, o cümlədən də öz bilik və bacarıqları ilə orduya yarım edərək:
“Biz dərk etməliyik ki, Qarabağ məsələsinin ən azından hazırkı mərhələdə diplomatik həlli yoxdur”.
O izah edib ki, Ermənistan hakimiyyəti dəfələrlə məsələni qarşılıqlı güzəştlər əsasında həllinə hazır olduğunu bildirib. Amma Ermənistan tərəfi üçün məqbul olan məntiq Azərbaycan üçün məqbul deyil:
“Danışıqlar və digər amillər nəzərə alınaraq bizim əvvəl və indi razı olduğumuza Azərbaycan razı deyil.
Müvafiq olaraq, məsələnin ancaq hərbi yolla həlli qalır, bundan sonra diplomatik danışıqlara keçmək olacaq”.
Baş nazirin çıxışı Ermənistan və Dağlıq Qarabağ prezidentləri, o cümlədən də iri partiyaların liderləri ilə görüş və məsləhətləşmələrdən, sonra baş tutub, bundan da belə nəticəyə gəlmək olar ki, bu, Ermənistan və Qarabağın bütün siyasi qüvvələrinin ümumi yanaşmasıdır.
Qısaca – Paşinyanın çıxışının bütün tezisləri
“Rusiya münaqişənin ən başından problemin həlli üçün maksimum səy göstərib və bu işi davam etirəcəyinə dair əminlik var.
Ermənistan həm strateji müttəfiq, eyni zamanda həm də münaqişə tərəfləri arasında aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın səylərini yüksək dəyərləndirir”.
“Hamının və hər kəsin əsas vəzifəsi erməni xalqının hüquqlarını qorumaqdır. Bu isə əlinə silah alıb onu müdafiə etmək deməkdir. Və beləliklə diplomatik həllə gedib çıxmaq olar”.
“Qarabağsız Ermənistan yoxdur, müvafiq olaraq, Qarabağ xalqının hüquqlarının müdafiəsi bütün erməni xalqının hüquqlarının müdafiəsi deməkdir”.
“Vətənin müdafiəsini öz üzərinə götürəcək könüllü dəstələrinin təşkilini öz üzərinə götürmələri ilə bağlı Ermənistanın bütün şəhərlərinin merlərinə və kənd icmalarının başçılarına çağırış edirəm”.
“Birinci erməni soyqırımı ona görə baş verdi ki, bütün cəmiyyət mübarizəyə qoşulmadı. Belə əhvallar vardı: xalqın hüquqları üçün mübarizə aparan insanlar var, amma mən onlardan biri deyiləm. Bu gün həmin insanlar varmı? Bəli, var. Amma onların yanında durmaq lazımdır. Hamı durmalıdır. Sən onların yanında durmalı olan insansan”.
“Yalnız qələbə və məğlubiyyət arasında seçim var, başqa seçim yoxdur”.
“Cəbhədə vəziyyət mürəkkəbdir. Amma belə bir detal da var: düşmən cəbhəyə son ehtiyatlarını qoyur. Onun böyük ehtiyatları var, amma itkiləri də böyükdür – həm hərbi sursat, həm də insan sarıdan”.
“Azərbaycan humanitar atəşkəsə razılaşmır, çünki canlı qüvvə itkisinin nə qədər böyük olduğu ortaya çıxacaq və muzdluların, Türkiyə ordusunun hərbçilərinin meyitləri aşkarlanacaq”.
“90-cı illərdə cəbhədə vəziyyət daha mürəkkəb idi, amma xalq o zaman çıxış yolu tapdı – əlisilahlı vətəni qoruyanların yanında durmaq”.
İndi müdafiəyə qalxmaq və hər şeyini vermək üçün bizim vaxtımız yetişib: yolsuzluq maşınlarını, mikroavtobusları, intellektual potensialı – xüsusən də yüksək texnologiyalar sahəsində”.
“Yadda saxla ki, Ermənistanın gələcəyi bir insandan asılıdır və bu insan sənsən… Bizi məğlub etmək mümkün deyil və biz qələbə qazanacağıq”, – baş nazir çıxışını bu sözlərlə bitirib.