BMT Təhlükəsizlik Şurasının üzvləri: Rusiya Gürcüstanın suverenliyini pozur
2008-ci il Rusiya–Gürcüstan münaqişəsindən 12 il sonra Rusiya hələ də Gürcüstanın Abxaziya və Sxinvali regionlarına hərbi texnika və şəxsi heyət yerləşdirməyə davam edir və bununla da regionda stabilliyi pozur – BMT Təhlükəsizlik Şurasının hazırkı və gələcək üzvlərinin – Belçika, Estoniya, Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, İrlandiya və Norveç nümayəndələrinin xüsusi bəyanatında deyilir.
Gürcüstanın xarici işlər nazirliyinin informasiyasına görə, bəyanat avqustun 5-də Təhlükəsizlik Şurasının qapalı iclasında qəbul edilib.
Mətndə deyilir ki, 2008-ci il Rusiya-Gürcüstan münaqişəsindən sonra Rusiya tərəfindən Abxaziya və Sxinvali regionlarının müstəqilliyinin tanınması Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda beynəlxalq nizam qaydalarını pozur.
“Bu əməllər münaqişənin toxunduğu icmaları bir-birindən daha da itələyir, barışıq prosesini daha da çətinləşdirir və münazişədən ziyan çəkən əhali qruplarının, xüsusən də COVID-19 pandemiyası kontekstində sağlamlığını və həyatını təhlükə altına qoyur”, – bəyanatda deyilir.
Bəyanatda tərəflər bildirirlər ki, prosesin intensivləşməsi, yəni son illərdə, o cümlədən də COVID-19 pandemiyası zamanı aparılan “borderizasiya” ilə əlaqədar hədsiz narahatlıqlarını bildirirlər.
• 4 il əvvəl Gürcüstan vətəndaşını güllələyən abxaziyalı sərhədçi cəzasız qalıb
• Gürcüstan “Otxozoriya-Tatunaşvili siyahısını” açıqlayıb. Orada 33 nəfərin adı var
Bəyanatda həmçinin Rusiya Federasiyasının Gürcüstanda pandemiya ilə bağlı yaydığı dezinformasiya kampaniyası və bundan irəli gələn problemlərlə əlaqədar narahatlıq ifadə olunub.
Eyni zamanda tərəflər “Luqar” tədqiqat mərkəzinin fəaliyyətinə qarşı yönəlmiş yalan təbliğatla bağlı da narahatdırlar.
BMT-ə səkkiz üzv ölkə yenidən Rusiyanı 2008-ci il avqustun 12-də imzalanan altı bəndlik atəşkəs haqda razılaşmaya tam əməl etməyə çağırıblar.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fakir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid və ya zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.