Gürcüstan DTX-ı Facebook-da koronavirus haqda statuslarla maraqlanır. Siyasətçilər və jurnalistlər diqqət mərkəzinə gəlib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti son bir həftə ərzində sosial şəbəkələrdə koronavirus haqda status və şərh yazan bir neçə jurnaisti və siyasətçini dindirməyə çağırıb. Epidemioloji problemin müzakirəsinə müxalif “Mtvari arxi” (“Əsas”) telekanalının əhalisinin böyük əksəriyyətinin etnik azərbaycanlılardan ibarət olan Marneulinin iki sakini ilə hazırladığı süjet səbəb olub.
Xatırladaq ki, Marneulidəki çətin epidemioloji vəziyyətə görə şəhər qapalı zona elan edilib və oradakı duruma bir müddər hərbçilər nəzarət edib.
İyunun 20-dğ “Mtvari arxi” telekanalının verilişində Ərkinaz Quliyeva və Zarina Talıbova danışıblar ki, hakimiyyət onların əslində başqa səbəblə ölən ailə üzvlərinin ölümünün koronavirusla əlaqəli olduğunu sənədləşdirmək üçün ailələrinə 10 min ları [3 min dollara yaxın] təklif edib. Jurnalistlər hakimiyyətin niyə koronavirusla bağlı statistikanı süni şəkildə artırmaq istəməsi ətrafında düşünməyə başlayıb.
Verilişdən sonra Quliyeva və Talıbovanın DTX ilə problemləri başlayıb, onlar hər ikisi izahat verməyə çağırılıblar.
- Facebook Gürcüstan hakimiyyətinin yüzlərlə feyk səhifə ilə əlaqəsini aşkarlayıb
- Böyük Facebook təmizliyi – “Gürcü arzusu” iqtidar partiyası, “Milli Hərəkat” müxalif partiyası, onların PRR məsləhətçilərinə aidiyyatı olan yüzlərlə səhifə ləğv edilib
DTX-nın bəyanatında deyilir ki, “Mtvari arxi” teleşirkətinin süjeti dezinformasiyaya əsaslanıb və artıq Cinayət Məcəlləsinin iki ildən dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 318-ci maddəsi (sabotaj) ilə cinayət işi açılıb.
Bəyanatda vurğulanır ki, Quliyeva və Talıbova suallara ana dilində cavab veriblər, tərcümə isə gürcü dilinə olub – qəsən olduğu aşkardır ki, tərcümə onların əslində danışdıqları ilə qətiyyən uyğun olmayıb.
DTX hesab edir ki, belə bir verilişi efirə buraxan “Mtvari arxi” televiziyasının məqsədi bu il oktyabrın 31-də baş tutacaq parlament seçkiləri ərəfəsində hakimiyyəti gözdən salmaqdır.
DTX yalnız televiziya verilişinə yox, Facebook istofadəçilərinin reaksiyalarına da diqqət yetirib. Belləliklə Respublika Partiyasının liderlərindən biri Xatuna Samnidzedə diqqət mərkəzinə gələnlərdən olub. O, hansısa statusun altında şərh bölməsində yazıb ki, ailələrə ölən yaxınlarının koronavirusdan öldüyünü qeyd etmək üçün pul təklif olunması ilə bağlı oxşar hekayələr artıq çox eşidib.
Siyasətçi bildirib ki, onu DTX-a dindirməyə çağırıblar və sabotajla bağlı təhdid ediblər. Onun sözlərinə görə, ooxşar məzmunlu şərh yazan jurnalist Nino Çelidze də dindirməyə çağırılıb.
Belə görünür ki, Facebook-da yüzlərlə feyk akkauntla “yanan” Gürcüstan hakimiyyəti indi özü “feyk xəbərlərlə” mübarizəyə başlayıb. Hər halda Tbilisi meri və eyni zamanda “Gürcü arzusu” iqtidar partiyasının baş katibi Kaxa Kaladze məhz bu məqsəd haqda bəyan edib.
İyunun 25-də o, Facebook-da “Həqiqətin yumruğu” layihəsini başladıb. Məqsədyönlü dezinformasiya yayması ifşa edilən bütün media orqanları Tbilisi merinin həqiqət yumruğunun qurbanı olacaq. Kaladzenin Facebook-da onlayn rejimdə apardığı verilişin loqotipinə əsasən, üç müxalif telekanal – “Mtvari arxi”, “TV Pirveli” və “Formula” hədəfə alınacaq. 25 dəqiqə sürən debüt buraxılışın auditoriyası 3500 nəfərə yaxın olub.
Hakimiyyətin addımlarına qarşı ictimaiyyətin reaksiyası birmənalı deyil. Çoxları Facebook administrasiyanın az əvvəl həyata keçirdiyi ifşa kampaniyasını xatırlayıb. Facebook-un kiber-təhlükəsizlik siyasəti rəhbəri Nataniel Qleyerin məktubunda deyilir ki, təmizləmə nəticəsində 418 feyk səhifə, 13 feyk qrup və 22 feyk Instagram akkauntu ləğv edilib. Onların böyük hissəsi Gürcüstan hakimiyyəti ilə birbaşa və ya dolayısı ilə bağlı olub.
Gürcüstanlı ekspertlər və siyasətçilər Gürcüstan hakimiyyətinin, o cümlədən də DTX-nın əməlləriniparlament seçkiləri ərəfəsində mediaya qarşı mərkəzləşdirilmiş hücum hesab edirlər. Onların fikrincə, efirə buraxdığı verilişə görə “Mtvari arxi” teleşirkətinin cəzalandırılması halında söz azadlığına qarşı təhlükəli presedent yaranmış olacaq. Bu yolverilməzdir, hətta əgər jurnalist işində səhvə yol verilibsə də.
Müxalif siyasətçilər və qeyri-hökumət təşkilatlar həyəcan təbili çalır və hesab edirlər ki, senzuranın bərpası üçün ilk addımlar atılır, “havada isə DTK qoxusu yayılıb”.