Qafqazda koronavirus. Gürcüstan: son sutka ərzində koronavirusa üç yeni yoluxma, 20 sağalma halı. Məhdudiyyətlər aradan qaldırılır
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 165 372 3 Yoluxanlar 4,568 7 774 735 Yeni ölənlər +2 +7 0 Ölənlər 54 98 12 Sağalanlar 2,897 3 255 557 -
Gürcüstan: son sutka ərzində koronavirusa üç yeni yoluxma, 20 sağalma halı. Məhdudiyyətlər aradan qaldırılır
Gürcüstanda üç yeni koronavirusa yoluxma halı təsdiqlənib. Onların hamısı eyni karantin zonasında qeydə alınıb, yoluxma mənbəyi də müəyyən edilib.
Son sutka ərzində ölkə xəstəxanalarından 20 pasiyent evə buraxılıb. 3076 nəfər karantində, 200 nəfər stasionarlarda həkim nəzarətində qalır.
Fevralın 26-dan indiyə qədər Gürcüstanda rəsmən 735 koronavirusa yoluxma halı qeydə alınıb. 557 xəstə, yəni bütün xəstələrin 76 faizi sağalıb. 12 nəfər ölüb. Hazırda 166 nəfər koronavirusa yoluxmuş xəstənin müalicəsi davam edir.
Məhdudiyyətlər və digər tədbirlər:
Baş nazir Giorgi Qaxariya mayın 27-də bir sıra məhdudiyyətlərin aradan qaldırılması haqda bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Gürcüstanda epidemioloji vəziyyət idarəolunandır, buna görə də aradan qaldırıla bilər.
Mayın 29-dan ictimai nəqliyyatın hərəkəti bərpa olunacaq, iyunun 8-də isə mağazalar və kafe-restoranlar açılacaq.
• “Kameranı söndürdüm, guya internet getdi”. Gürcüstanlı uşaqlar onlayn-dərslər haqda danışırlar
-
Ermənistanda sutka ərzində 7 ölüm və 372 yeni yoluxma halı, 300 nəfər ağır vəziyyətdədir
Pandemiya başlayandan ümumilikdə 7774 nəfər yoluxub, onlardan 98 nəfər ölüb, 3255 nəfər sağalıb.
Ekspertlər bildirirlər ki, Ermənistanda vəziyyət kritik hal alıb. Bir həftə ərzində səhiyyə sisteminin son yüklənmə həddini aşacağı riski var, bundan sonra həkimlər bütün xəstələrə xidmət göstərə bilməyəcək və onları prioritetlərə ayırmağa başlayacaqlar.
• Şərh: Yoluxanların sayının kəskin artması səbəbilə Ermənistanı bir həftə sonra fəlakət gözləyir
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 132 289 1 Yoluxanlar 4,403 7 402 732 Yeni ölənlər +1 +4 0 Ölənlər 52 91 12 Sağalanlar 2,819 3 220 537 -
Sutka ərzində 289 yeni yoluxma halı, yoluxanlar arasında uşaq evinin 6 əməkdaşı və 9 sakini də var
Ermənistanda 4 yeni ölüm halı qeydə alınıb, ümumilikdə ölənlərin sayı 91 nəfərə çatıb.
7402 nəfər yoluxub. 3220 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Yerevanda Mari İzmiralyan adına uşaq evində yoluxmalar rəsmən təsdiqlənib. Bu uşaq evində məhdud fiziki imkanlı uşaqlar himayə edilir.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
-
Özünümüalicə və “koronavirus xurafatı” – Şimali Osetiyada yüksək ölüm səviyyəsinin səbəblərindən biri
“Основа” nəşri Vladiqafqazın Respublika Xəstəxanasında baş verən münaqişə haqda bəhs edib. Yaşlı pasiyentin oğlu həkimləri onun atasına “çip” qoymaqda günahlandırıb, çünki onun körpücük sümüyünün altında yeni çapıq aşkarlayıblar. Həkimlər bu çapığın xəstəyə qoşulan kateterin yeri olduğunu izah etsələr də, xeyri olmayıb.
Orada Şimali Osetiya müftisi Hacımurad Qatsalovla da münaqişə yaşanıb. O, xəstəxanaya özü ilə bir qutu dərman gətirib və Covıd-19 diaqnozu ilə ağır vəziyyətdə ikən “tanışları məsləhət gördüyü üçün” məhz həmin dərmanları qəbul etmək istəyib.
Aprelin sonunda Şimali Osetiyada 65 nəfər koronavirusdan ölüb. Mayın 26-a qədər isə ölənlərin sayı 132 nəfərə yüksəlib. Amma bu rəqəm ancaq heç olmasa ölümündən sonra da olsa test edilənləri əhatə edir. Epidemiya başlayandan isə ölənlərin cəmi 8 faizi testdən keçirilib – 1106 ölüm halına 81 test.
Epidemiya başlayandan Şimali Osetiyada ümumilikdə 2645 yoluxma halı qeydə alınıb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 149 452 1 Yoluxanlar 4,271 7,113 731 Yeni ölənlər +2 +6 0 Ölənlər 51 87 12 Sağalanlar 2,741 3,145 526 -
Azərbaycanda iki ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 51 nəfər ölüb.
Sutka ərzində 149 nəfər xəstələnib, epidemiya başlayandan 4,271 yoluxma halı qeydə alınıb.
2,741 nəfər artıq sağalıb. -
Paslı borular, sınıq unitaz, çatlamış divarlar, cırıq, çirkli linoleum – Rusiyanın Krasnodar şəhərində Covid-19 xəstələri üçün klinika. Video
Bu video Instagram-da yayılıb. Müəllif mərkəzi rayon xəstəxanasının infeksion şöbəsində pasiyentlərin saxlanıldığı şəraiti şərh edir. Yerli sakinlər bildirirlər ki, bu şöbə uzun illərdir ki, belə acınacaqlı vəziyyətdədir.
“Bu duşdur, adam toxunmaq belə istəmir. Unitazın çəlləyi yoxdur”.
-
Ermənistanda rekord statistika: sutka ərzində altı ölüm, 452 yoluxma halı
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 87 nəfər ölüb.
Sutka ərzində 33 nəfər xəstələnib, epidemiya başlayandan 7,113 yoluxma halı qeydə alınıb.
3,145 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
• Koronavirusla ən yaxşı mübarizə üsulu şəxsi məsuliyyətdir? JAMnews-dan “Qafqazda həftə”
-
“Rusiyanın Yaroslavl vilayətində xəstəxanalarda onlarla meyit var” – deputat yerli sakinin məktubunu oxuyub
Rusiya Dövlət Dumasının iclasında Yaroslavl şəhərini təmsil edən deputat Olqa Sekaçyovanın oxuduğu məktubda deyilir:
“Mən Karabix kəndinin xəstəxanasında koronavirusdan müalicə olunduğum zaman nələr yaşadığımı xatırlamağa qorxuram. Məni demək olar ki, müalicə etmirdilər. Üç gün azitromitsin verdilər – üç iynə, iki sistem. Bircə dəfə də rentgen etmədilər. <…> yoxlanışdan sonra palatamın qapısı ağzında, yatağımın beş metrliyində [yan-yana uzadılan] meyitləri götürdülər. Mənim “meyitləri aparın, zəhmət olmasa” deyə müraciətimə “narahat olmayın, onlar ayağa qalxmayacaqlar” dedilər”.
Rəsmi məlumata görə, bu vilayətdə epidemiya başlayandan koronavirusdan 13 nəfər ölüb.
Yerli hökumətin nümayəndəsi oxunan məktubla bağlı bildirib ki, “ürək problemləri, diabet, HİV kimi xəstəlikləri olan insanlar koronavirusdan yox, koronavirus fonunda ölürlər”.
Rusiyada 344,481 nəfər koronavirusa yoluxub, 3,541 nəfər ölüb. Amma bu statistika həm ölkə daxilində, həm də kənarında çoxlarında şübhə doğurur. Yoluxmanın ən çox olduğu ölkələrdə Covıd-19 virusundan hər milyon nəfərə 300-500 nəfər arası insan ölür, Rusiyada isə bu göstərici 24 nəfər təşkil edir.
Mənbə: “МБХ медиа”.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası