Qafqazda koronavirus. Dağıstan parlamentinin deputatı: “Virusdan ölənlərlə bağlı real rəqəmlər dəhşətlidir”. Respublikada kəskin dərman çatışmazlığı var
-
Dağıstan parlamentinin deputatı: “Virusdan ölənlərlə bağlı real rəqəmlər dəhşətlidir”. Respublikada kəskin dərman çatışmazlığı var
Rəsmi məlumata görə, Dağıstanda 3855 yoluxma halı qeydə alınıb, onlardan 65 nəfər ölüb. Amma bu rəqəmlərin həqiqi olmadığı aşkardır.
Rəsmi məlumata görə, epidemiya başlayandan prevmoniyadan 800 nəfərdən çox insan ölüb. Respublikada bu xəstəlikdən belə çox ölüm halı heç vaxt olmayıb. Həkimlər və ictimai fəallar bildirirlər ki, ölənlərin real sayı xeyli daha çoxdur, söhbət minlərlə insandan gedir.
Statistikanın azaldılması öz növbəsində xəstəlik və ölümlə bağlı rəsmi statistika əsasında Moskvadan paylaşdırılan dərmanların da fəlakət dərəcəsində çatışmazlığına səbəb olub.
Dağıstan parlamentinin deputatı Ferzilah İslamov yaydığı videoda vəziyyətin acınacaqlı olduğu haqda danışıb. O həmin videoda bildirib ki, Dağıstanda tibbin səviyyəsi o dərəcədə aşağıdır ki, o, pnevmoniyalı anasını müalicə üçün Stavropola aparıb. “Real rəqəmlər (virusdan ölənlərlə bağlı) dəhşətlidir. Korrupsiya və qohumbazlıq tibbin səviyyəsini qəbuledilməz həddə çatdırıb. Əlaqələri və başqa yerlərdə müalicə olunmaq imkanı olmayan sadə insanlar nə etməlidirlər?”
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 106 322 2 Yoluxanlar 3 855 5 928 723 Yeni ölənlər +2 +4 0 Ölənlər 46 74 12 Sağalanlar 2 410 2 874 495 -
Azərbaycanda iki ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 46 nəfər ölüb.
Sutka ərzində 106 nəfər xəstələnib, epidemiya başlayandan 3855 yoluxma halı qeydə alınıb.
2410 nəfər artıq sağalıb.
• Çimərliyə getmək üçün icazə almaq – Azərbaycanda belə bir sistem tətbiq etmək istəyirlər
-
Dua ilə müalicə, atəşfəşanlıqla dezinfeksiya və Covid-19 virusunun 5G qüllələri ilə əlaqəsi – Yotube qadağan olunmuş mövzuların siyahısını açıqlayıb
Youtube-un videoları siləcəyi və akkauntları blok edəcəyi əsas mövzular:
• Koronavirusun inkarı,
• Həkim yardımından imtinaya və dualarla, yaxud xalq təbabəti ilə müalicəyə çağırış,
• COVID-19 virusundan peyvənd və ya dərmanların artıq mövcud olduğu iddiası,
• Asiya yeməklərindən yoluxmağın mümkün olduğu iddiası,
• Koronavirusun 5G şəbəkəsinin şüaları ilə əlaqəli olması haqda bəyanlar,
• Atəşfəşanlıqla havanı viruslardan təmizləməyin mümkün olduğu haqda iddia.
-
Ermənistanda 322 yoluxma, 4 ölüm halı
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 74 nəfər ölüb.
Sutka ərzində 322 nəfər xəstələnib, epidemiya başlayandan 5928 yoluxma halı qeydə alınıb.
2874 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
Yerevan koronavirusa yoluxanların artmasına baxmayaraq, normal həyata qayıdır. Video
-
Gürcüstanda 2 yoluxma halı və fövqəladə vəziyyətin son günü
Gürcüstanda 2 yeni infeksiya meydana gəldi, cəmi 723
Epidemiya başlayandan 12 nəfər ölüb.
495 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək. Amma bir çox qadağalar artıq aradan qaldırılıb.
Bir çox bizneslər işə başlayıb.
İctimai nəqliyyat hələlik işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı qüvvədə qalır.
-
Adıgeyada izdihamlı dəfn mərasimindən sonra bir gündə 155 nəfər yoluxub
Adıgeyanın Krasnoqvardeysk rayonunda vəfat edən kənd lideri üçün izdihamlı dəfn mərasimi təşkil olunub və mərasimdə 500 nəfərdən çox insan iştirak edib. Bu hadisəyə qədər rayonda cəmi bir koronavirusa yoluxma halı təsdiqlənib.
Hakimiyyət planlaşdırılan izdihamlı dəfn haqda məlumatlı olub, amma təşkilatçıları durdurmayıblar. Rayon rəhbəri Albert Osmanov istefa verib.
Rayon tamam təcrid olunub, qonşu Krasnodar vilayəti ilə sərhəddə blokpostlar təşkil edilib – Adıgeya sakinlərinin çoxu orada işləyir və sərhəd nəzarətə götürülənə qədər onlar iş yerlərinə getməyə macal tapıblar.
Adıgeyada 525 koronavirusa yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Mənbə: МБХмедиа
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası