Qafqazda koronavirus: 13-15 aprel, 2020
-
Azərbaycanda 56 yeni yoluxma halı, ümumilikdə 1,253 oldu
Koronavirusa yoluxanların 404 nəfəri sağalıb, 13 nəfər ölüb.
• Dəfn üçün icazə – Azərbaycanda koronavirus fonunda yeni hüquq pozuntusu
-
Gürcüstanda 40 yeni yoluxma halı, ümumilikdə 306 oldu
Koronavirusa yoluxanların 69 nəfəri sağalıb, 3 nəfər ölüb.
4,990 nəfər karantin rejimində, 462 nəfər isə xəstəxanada nəzarət aldındadır.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze hesab edir ki, virusun yayılma dinamikasını nəzərə alaraq Gürcüstanda yaxın həftələrdə xəstələrin sayı kəskin arta bilər.
Bir neçə həkim xəstələnib, bütün ölkə üzrə onların sayı artıq on nəfəri keçib.
Daxili epidemiya təhlükəsi səbəbilə artıq Marneuli, Bolnisi və Lentexi şəhərləri, o cümlədən də Kobuleti rayonunun dörd kəndi karantin altına alınıb.
Sərt fövqəladə vəziyyət rejiminin müddətini uzatmaq nəzərdə tutulub. Hələlik rejim martın 21-dən aprelin 18-ə qədər qüvvədədir.
-
Ermənistanda 17-ci ölüm və 44 yeni yoluxma halı qeydə alınıb. Bəzi müəssisələrə işini bərpa etmək icazəsi verilib
Epidemiya başlanandan bəri yoluxanların ümumi sayı 1,111 nəfərə çatıb.
Sağalan xəstələrin sayı 54 nəfərdir, ümumilikdə 297 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Azərbaycanda 13-ci ölüm, yoluxanların ümumi sayı 1,197 nəfərə çatıb
Yoluxanların sayı min nəfəri keçib 49 yeni infeksiya.
Onlardan 351 nəfər sağalıb.
-
Gürcüstan: fövqəladə vəziyyətin uzadılması
Gürcüstanda martın 21-dən elan olunan fövqəladə vəziyyət aprelin 18-ə qədər (daxil olmaqla) davam etməlidir.
Baş nazirin bildirdiyinə görə, Gürcüstan prezidenti yaxın zamanda parlamentə fövqəladə vəziyyət rejiminin mayın 10-a qədər uzadılması təklifi ilə müraciət edəcək.
Qaxariya vurğulayıb ki, fövqəladə vəziyyətin pozulması hallarına nəzarət daha da sərtləşdiriləcək.
-
Tbilisi və Gürcüstanın daha üç şəhəri karantin altına alınıb
Aprelin 15-i saat 21:00-dan etibarən 10 gün müddətinə Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş və çıxışlar qadağan ediləcək. Qadağa piyadaların və şəxsi avtomobillərin şəhər daxilində hərəkətinə də şamil ediləcək.
Hökumət həmçinin bütün Gürcüstan ərazisində məzarlıqların ziyarətinin müvəqqəti qadağan edilməsi haqda qərarın qəbuluna da baxacaq.
-
Ermənistanda daha iki ölüm, ölənlərin ümumi sayı 16 nəfərə çatıb
Ölənlər 65 yaşlı qadın və 82 yaşlı kişidir, hər ikisi xroniki xəstəliklərdən əziyyət çəkirmiş.
Həmçinin 28 yeni yoluxma halı haqda məlumat verilib, epidemiya başlanandan bəri yoluxanların ümumi sayı 1,067 nəfərə çatıb.
Sağalan xəstələrin sayı 54 nəfərdir, ümumilikdə 265 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
8,316 test mənfi nəticə verib.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 30 yeni yoluxma halı. Yoluxanlardan biri aprelin 12-də izdihamlı dini ayini icra etməli olan din xadimidir
Epidemiya başlanandan bəri Gürcüstanda ümumilikdə 296 nəfər virusa yoluxub.
Onlardan 67 nəfəri sağalıb, üç nəfər ölüb.
4,834 nəfər karantik rejimində, 434 nəfər xəstəxanada nəzarət altında saxlanılır.
Koronavirusa yeni yoluxma halları dənizkənarı Kobuleti rayonunun Leqva kəndində qeydə alınıb. Bu, aprelin 12-də karantin altına alınan dörd kənddən biridir. Yoluxanlar arasında 9 aylıq körpə də var.
COVID-19 Tbilisi Tibb İnstitutunun beş əməkdaşında da təsdiqlənib. Bu klinika da aprelin 12-dən karantinə bağlanıb. “Formula” telekanalının verdiyi məlumata görə, yoluxma mənbəyi din xadimi olub.
Məlum olub ki, din xadimi Tbilisidəki kilsələrin birində “Söyüd bazarı” bayramında kütləvi dini ayini həyata keçirməli imiş, amma bir gün öncə halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Gürcüstanın kilsələrində Pasxa öncəsi bayramlarla əlaqədar olaraq qələbəlikdir, baxmayaraq ki, fövqəladə vəziyyətlə bağlı sərt özünütəcrid tələbləri hökm sürür. İnsanlar kilsələrdə dini ayinlər zamanı eyni qablardan istifadə edirlər.
Cəmiyyətin bir hissəsi hökumətdən qəti şəkildə müdaxilə etməsini və kilsələri bağlamasını tələb edir.
-
Azərbaycanda 12-ci ölüm, yoluxanların ümumi sayı 1,148 nəfərə çatıb
Yoluxanların sayı min nəfəri keçib 50 yeni infeksiya.
Onlardan 289 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.
-
Ermənistanda 14-cü ölüm, 26 yeni yoluxma
Epidemiya başlanandan Ermənistanda 1039 nəfər xəstələnib.
Onlardan 211 nəfəri sağalıb və xəstəxanadan evə buraxılıb.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 14 yeni yoluxma halı, ümumilikdə 266 oldu
Koronavirusa yoluxanların 67 nəfəri sağalıb, 3 nəfər ölüb.
Koronavirusa yoluxan 3 Gürcüstan vətəndaşı müalicə üçün xaricdən Gürcüstana gətirilib.
4,872 nəfər karantin rejimində, 453 nəfər isə xəstəxanada nəzarət aldındadır.
Tbilisidə iki özəl klinikada karantin elan olunub, orada bir xəstə və həkim yoluxub.
Tbilisi Tibb İnstitutunun bir həkimində koronavirus təsdiqlənib, klinika əməkdaşları və orada müalicədə olan pasiyentlər müayinədən keçirilir. Klinika müvəqqəti bağlanıb.
Tbilisidə Gürcüstan-Hollandiya klinikası da bağlanıb, orada 72 yaşlı qadında diaqnoz təsdiqlənib.
O, aprelin 6-da kəskin ürək çatışmazlığı diaqnozu ilə klinikaya daxil olub. Koronavirusla bağlı ekspress-test mənfi nəticə verib. Amma indi onun əri koronavirusa yoluxub. İkinci test qadının koronavirus xəstəsi olduğunu təsdiqləyib. Personalın və pasiyentlərin tam müayinəsi başlayıb.
Xaşur rayonu Qomi kənd sakini olan gənc qadında virus aşkarlanıb. İxtisasca tərcüməçi olan qadın əcnəbilərlə ünsiyyətdə olub. O və azyaşlı uşağı xəstəxanaya yerləşdirilib, kənd sakinləri termoekranlaşdırmadan keçirilir.
Kobuleti rayonunda aprelin 12-dən karantin altına alınan dörd kəndin əhalisinin müayinəsi davam etdirilir. 1600 nəfərdən çox insana test edilib. Onlardan 13 nəfərinin qızdırması olub, hələlik yeni təsdiqlənən hallar qeydə alınmayıb.
Epidemiya başlanandan Gürcüstanda koronavirusa yoluxan xəstələrdən 67 nəfəri sağalıb. Üç nəfər ölüb.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası