Ermənistanda səkkizinci ölüm və 11 yeni yoluxma halı
Ermənistanda koronavirusdan səkkizinci xəstə vəfat edib. Baş nazir bu haqda xəbər verib:
“Daha biz vətəndaşımız koronavirusdan ölüb. Onun 68 yaşı vardı”.
Bu xəstənin xilası mümkün olmayan digər xəstələrdə olduğu kimi yoluxma xroniki xəstəliklərlə müşayiət olunub. Koronavirusun doğurduğu ağciyər iltihamından başqa, o, şəkərli diabet, arterial hipertenziya, beynin qan dövranının pozulmasından əziyyət çəkirmiş.
Qafqazda koronavirus. Gürcüstanda 18 yeni yoluxma. Yenilənir
Şərh: COVID-19 bəşəriyyətin hörmətinə layiqdir
Yoluxanların yenilənmiş statistikası hazırda belədir: ümumilikdə 833 yoluxma halı, 763 nəfər müalicədədir. 62 nəfər sağalıb. Aprelin 5-də aparılan 263 testin 11-də nəticə pozitiv olub. son bir həftə ərzində bu, ilk kiçik göstəricidir.
Nikol Paşinyanın sözlərinə görə, aprelin 7-də səhər saatlarında yoluxmanın yayılması tempinin nə dərəcədə azaltmaq mümkün olduğunu dəyərləndirmək mümkün olacaq.
“Əgər bizim real olaraq yeni yoluxma hallarını azaltdığımız aşkarlansa, deməli, həmvətənlərimizə xeyli narahatlıqlar yaradan məhdudlaşdırıcı tədbirlərin müsbət nəticə verib. Bu da öz növbəsində növbəti bazar ertəsindən bizim rejimi tədricən zəiflətmə aşnsımızı artıracaq”.
Ermənistanda hazırda 25 nəfər koronavirusun doğurduğu pnevmoniyadan müalicə alır. Üç nəfər süni nəfər apparatına qoşulub, bir nəfərin vəziyyəti isə hədsiz ağır kimi dəyərləndirilir.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.