Azərbaycanda koronavirusdan iki yeni ölüm halı
Ölənlərin ümumi sayı yeddi nəfərə çatıb
Azərbaycanda daha iki COVID-19 koronavirusuna yoluxmuş xəstə ölüb. Beləliklə, ölkədə bu virusdan ölənlərin ümumi sayı yeddi nəfərə çatıb.
Aprelin 5-ə olan rəsmi məlumata əsasən, ölkədə yoluxanların ümumi sayı 584 nəfərdir.
32 nəfər sağalıb.
Son iki ölüm halı haqda məlum olanlar: onlardan biri şəkərli diabetdən əziyyət çəkən 89 yaşlı kişi, digəri isə şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 64 yaşlı kişi olub.