Qafqazda koronavirus. 29-31 mart, 2020
-
Azərbaycanda beşinci ölüm, 24 yeni yoluxma halı
Epidemiya başlanandan 297 nəfər virusa yoluxub.
Ümumilikdə koronavirusa yoluxan 26 nəfər sağalıb. -
Ermənistanda 50 yeni yoluxma halı, ümumilikdə 532 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Ermənistanda 3 nəfər ölüb, 31 nəfər sağalıb.
-
Gürcüstanda 11 yeni yoluxma halı, ümumilikdə 108 oldu
4,995 nəfər karantində, 278 nəfər stasionarda saxlanılır. Yoluxanlardan 20 nəfər koronavirusdan sağalıb. Sonuncu koronavirusa yoluxma halı Böyük Britaniyaya səfərlə əlaqədardır.
Xəstələnənlərdən biri Batumidə infeksion xəstəxananın tibb bacısıdır, o, COVID-19 virusuna yoluxmuş pasiyentə nəzarət edirmiş.
Abxaziyadan Zuqdidinin infeksion xəstəxanasına köçürülən 50 yaşlı qadının koronavirusa yoluxduğu təsdiqlənib. O, Rusiyada səfərdə olub.
-
Gürcüstanda sərt karantin və komendant saatı tətbiq olunur
Gürcüstanın bütün ərazzisində martın 31-dən aprelin 21-ə qədər komendant saatı elan olunub. Bu haqda Gürcüstanın baş naziri Giorgi Qaxariya martın 30-da brifinqdə bildirib.
Saat 21:00-dan 6:00-a qədər istənilən hərəkət – nəqliyyat və ya piyada qadağan olunub.
-
Azərbaycanda 64 yeni yoluxma halı, ümumilikdə 273 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Azərbaycanda 4 nəfər ölüb, 26 nəfər sağalıb.
-
Ermənistanda 58 yeni yoluxma halı, ümumilikdə 482 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Ermənistanda 3 nəfər ölüb, 30 nəfər sağalıb.
-
Gürcüstanda 7 yeni yoluxma halı
Ümumilikdə 97 koronavirusa yoluxma halı qeydə alınıb.
4,876 nəfər karantində, 264 nəfər stasionarda saxlanılır.
Koronavirusa yoluxanların 18 nəfəri sağalıb. Onlardan ikisi uşaqdır.
Yeddi yoluxma halından biri Böyük Britaniyaya səfərlə əlaqədar olub. Hazırda epidemioloqlar bu şəxslərin sıx təmasda olduğu insanların çevrəsini müəyyən etməyə çalışır.
-
Azərbaycanda 17 yeni yoluxma halı, ümumilikdə 209 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Azərbaycanda 4 nəfər ölüb, 15 nəfər sağalıb.
-
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin 14 əməkdaşı da yoluxanlar arasındadır
Yoluxanların ümumi sayı 424 nəfərdir. Onlardan 30 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Ermənistanda daha iki nəfər ölüb, ümumilikdə üç nəfər oldu.
600 nəfərə yaxın insan karantkn altındadır.
-
Gürcüstanın Samqrelo-Zemo Svaneti regionunun bütün bələdiyyələrinin girişlərinə polis blok-postları qoyulub
Gürcüstanın Samqrelo-Zemo Svaneti regionunda koronavirus pandemiyası yüksək risk yaratdığı üçün fövqəladə vəziyyət rejimi kəskin sərtləşdirilib.
Sakinlərə xüsusi ehtiyac olmadan evlərindən çıxmaq qadağan edilib. Rayon mərkəzi və kəndlər arasında bütün növ ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Avtomobildə üç nəfərdən artıq gəzmək qadağandır və onların hər biri tibbi maskada olmalıdır.
Bütün bələdiyyələrin girişində blok-postlar qoyulub, bütün hərəkət tərkibinə polislərin, hərbçilərin və həkimlərin daxil olduğu mobil qruplar tərəfindən ciddi nəzarətdə saxlanılır.
Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub. Martın 23-də koronavirusun daxili yayılması təhlükəsi altında olan Kvemo Kartli regionunda Marneuli və Bolnisi şəhərləri tamam bağlanıb.
14 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
4,641 nəfər karantində, 239 nəfər stasionardadır.
Altı pasiyent kritik vəziyyətdədir.
Yoluxanlar arasında bir hamilə qadın və 10 uşaq var. Uşaqlardan ən balacası 2 yaşındadır. Bildirildiyinə görə, onların hamısının vəziyyəti yaxşıdır.
-
Ermənistanda daha iki nəfər ölüb, ümumilikdə üç nəfər oldu
Yeni ölənlər haqda səhiyyə naziri Arsen Torosyan xəbər verib.
“Təəssüf edirəm, amma son bir saat ərzində “Nork” infeksion xəstəxanasında iki ölüm halı qeydə alınıb. 55 yaşlı qadın və 73 yaşlı kişi koronavirusdan vəfat edib, hər ikisinin əlavə xronoloji xəstəlikləri olub”.
Yoluxanların ümumi sayı 424 nəfərdir. Onlardan 30 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
600 nəfərə yaxın insan karantkn altındadır.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası