Azərbaycanda seçkilərə sözardı. Nə və niyə tərs getdi?
JAMnews-un siyasi şərhçisi, müstəqil jurnalist Şahin Rzayev keçmiş seçkiləri şərh edir.
“H
ər şeyin plan üzrə getmədiyi” seçki günündə artıq bəlli olmuşdu. MSK uzun müddət hətta ilkin nəticələri də açıqlamaqdan imtina edirdi, YAP isə ümumiyyətlə ənənəvi qələbə şənliklərini təxirə salmışdı.
Nəticələr artıq elan olunanda isə çoxlarında çaşqınlıq hissi yarandı, axı 125 yerdən 79-nu (üçdə ikisinə yaxın) yenə də köhnə deputatlar tutmuşdu, hansılar ki, özlərinin verdiyi qərara görə “prezident Əliyevin islahatlarına uyğun deyildilər”. O zaman özünüburaxmanın mənası nə idi?
Mən öz məqaləmdə yazmışdım ki, bu seçkilər eynən əvvəlkilər kimi keçəcək, yəni oturuşmuş saxtakarlıq sxemi üzrə. Amma etiraf edim ki, mən bəzi seçki komissiyaları tərəfindən bu qədər riyakarlıq gözləmirdim. Onlar prosesi saxtalaşdırmaqla yetinmirdilər, bəzən bunu az qala nümayişkaranə şəkildə edirdilər. Niyə?
• Şərh. Azərbaycanda nə baş verir: yuxarıların inqilabı, yoxsa imic korreksiyası?
Mənim versiyalarımdan biri: seçki komissiyalarının işinə həlledici təsiri olan yerli icra hakimiyyəti, ayrı-ayrı rayon rəhbərləri yuxarıdan gələn instruksiyanı gizilincə sabotaj edib. Maraq nədən ibarət olub – bu başqa mövzudur. İstisna deyil ki, bu, maddi maraq olub, amma daha inandırıcı olan özünüqoruma instinktidir. Axı köhnə ənənələrə sadiq məmurlar üçün yeni, hələlik aydın olmayan “islahatçılardansa”, “özləri kimi” olanlarla yola getmək və təmas nöqtələri tapmaq daha asandır.
İndi ölkə hakimiyyəti zəhər tuluğunu bir qədər şirinləşdirməyə çalışır və cəmiyyətin reaksiyasına görə ən arzuolunmaz namizədlərin qələbə qazandığı ayrı-ayrı dairələrdə nəticələri ləğv edir.
Bir neçə dairədə nəticələrin ləğv olunması heç bir ciddi dəyişikliyə səbəb olmayacaq. Bu, imici düzəltmək və beynəlxalq təşkilatların, o cümlədən də Böyük Britaniya hökumətinin tənqidinə nə cürsə reaksiya vermək cəhdidir. Parlamentə “islahatçıların” bir neçə nümayəndəsi də keçəcək və bununla da məsələ növbəti seçkilərə qədər bağlanacaq.