Əlaçı tələbələr artıq 67 dollar əvəzinə 76 dollar alacaqlar" />

Azərbaycanda tələbə təqaüdü 9 dollar artacaq

Əlaçı tələbələr artıq 67 dollar əvəzinə 76 dollar alacaqlar

Azərbaycanda tələbə təqaüdləri orta hesabla 20 faiz artacaq. Bu o deməkdir ki, indən belə əlaçı tələbələr ayda 130 manat [təxminən 76 dollar] alacaqlar. Əvvəl isə bu məbləğ 112 manat [təxminən 67 dollar] təşkil edirdi.

• Azərbaycanlı tələbələr niyə oxumağa Türkiyəyə gedir?

• Azərbaycanlı tələbələr xaricdə: yaxşı nədir, pis nədir?

Azərbaycanın ali məktəblərində təhsil ödənişli və ödənişsizə bölünür. Qəbul imtahanında yüksək bal toplayan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar. Qalanlar ödənişli bölməyə düşür (təhsil haqqı ali məktəb və fakültədən asılı olaraq dəyişir). “Ödənişsizlər” bütün tələbələrin 31 faizini təşkil edir.

İndiyə qədər yalnız dövlət universitetlərinin tələbələri təqaüd alırdı (həm ödənişli, həm ödənişsiz bölmədə). İndi isə qiymətlər yaxşı olduğu təqdirdə özəl universitetlərin tələbələri də təqaüd ala biləcək.

Azərbaycanda 130 manata iki yaxşı cins şalvar və ya 29 “biq-mak” almaq mümkündür.

Facebook Comments

More on JAMnews