Məqsəd Rusiya işğalını dayandırmaqdır " />

Amerika senatorları Kerç boğazında hərbi əməliyyatın keçirilməsini tələb etdilər

Məqsəd Rusiya işğalını dayandırmaqdır

ABŞ Senatının 40-dan çox üzvü Kerç boğazında və Azov dənizində hərbi əməliyyatın keçirilməsi tələbi ilə çıxış ediblər.

“ABŞ və müttəfiqləri Rusiya hərbi işğalına sürətlə reaksiya verməlidirlər. Dəniz əməliyyatı Qara dənizdən Azov dənizinə təhlükəsiz keçidi təmin etməlidir. Dünya birgə hərəkət edərək, Rusiyanın demokratiyaya və Ukraynanın suverenliyinə hücumunu dayandırmalıdır”, – onlar tərəfindən qəbul edilmiş qətnamədə belə deyilir.

• Ukrayna və Rusiya: müharibədə düşmən yoxsa ticarət tərəfdaşları?

• Şərh. Niyə Tramp heç kimə etibar etmir?

• Gürcüstandakı seçkilər Rusiyada necə dəyərləndirilib?

Münaqişənin tarixi

Azov və Qara dənizləri birləşdirən Kerç boğazı Rusiya və Ukrayna tərəfindən birgə istifadə edilən su hövzəsidir. İki ölkə arasında qüvvədə olan müqavilədə belə deyilir.

Lakin 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq edib və Kerç boğazını öz ərazi suları elan edib.

Bu yaxlnlara qədər həmin rayonda münaqişələrdən qaçmaq mümkün olub.

Vəziyyət 2018-ci ilin noyabr ayının 25-də dəyişdi.

Kerç boğazı necə qaynar nöqtəyə çevrildi?

Noyabrın 25-də Ukraynanın üç hərbi gəmisi Kerç boğazında rusiyalı sərhədçilər tərəfindən RF sərhədini qanunsuz keçdiklərinə görə hücuma məruz qalmış və saxlanılmışdılar. Üç nəfər yaralanmışdı. Gəmilərin 24 nəfərlik ekipajları həbs edilmişdi. Cavab olaraq Kiyev ölkənin 10 regionunda hərbi vəziyyət elan etdi və 16 yaşından 60 yaşına qədər rusiyalı kişilərin ölkəyə daxil olmasına qadağa qoydu.

Reaksiya

Rusiyanın Kerç boğazındakı hərəkətləri ABŞ və Avropa İttifaqı tərəfindən qınanıb.

Bu səbəbdən Vladimir Putinlə Donald Trampın Argentinadakı zirvə görüşü çərivəsində ikitərəfli görüşü ləğv edildi. Milli təhlükəsizlik üzrə ABŞ prezidentinin köməkçisi Boltonun sözlərinə görə, bu görüş gəmilər və onların ekipajları sərbəst buraxılmayana qədər baş tuta bilməz.

ABŞ senatorları tərəfindən qəbul edilmiş qətnamə icra üçün məcburi deyil, lakin amerikalı qanunvericilərin əhval-ruhiyyəsini bariz nümayiş etdirir.


More on JAMnews