Tozsoran haqqında

Abxaziyada harada cəzasız oğurluq etmək olar?

Abxaziyanın Nəzarət Palatası özünün illik hesabatını açıqlayıb. Sənəddə tədqiq olunan dövr kimi 2015-ci ilin göstərilməsinə baxmayaraq, real auditin həmin vaxt kəsiyinin çərçivələrindən çıxması aydın görünür. Faktiki olaraq, söhbət son beş ildən gedir.

Bu sənədi detallı təhlil etməyəcəm, çünki çox böyük  və hərtərəflidir. Onun bir aspektinə diqqət yetirəcəm. 

Bu hissəsədə büdcə vəsaitlərinin qanunauyğun şəkildə xərclənməsinə nəzarət edən dövlət qurumu növbəti dəfə heç də xoş olmayan nəticəyə gəlir: dövlətə məxsus olan müəssisələrin fəaliyyəti səmərəli deyil.

Bütün bu dövlətə məxsus olan unitar idarələrə büdcədən milyonlarla pulun xərclənməsi bir tərəfə hava vuran adi tozsoranın iş prinsipini xatırladır.  Heç bir faydalı iş əmsalı yoxdur.

Axı müəssisəyə qoyulan vəsaitin miqdarını bilə-bilə və həmin biznesin real həcmləri barədə məlumatın ola-ola, buxalter hesabatlarında qeyd olunan cüzi gəliri böyük nailiyyət kimi qəbul etmək mümkün deyil.

Nəzarət Palatasının hesabatı konkret sahə üzrə nəticə çıxarır – qeyd edir ki, Kurort və Turizm Nazirliyinə tabe olan bütün səyahət və ekskursiya bürolarının işi səmərəli deyil. Amma bu rəy də demək olar ki, hər bir dövlət müəssisəsi üçün tam universaldır.  

Təəssüf ki, Abxaziya reallığında dövlət müəssisələrinin funksiyaları adi gəlir mənbəyi kimi istifadə edilir. Böyük rəhbərlər tərəfindən himayə olunan direktor adətən qohumlardan biri olur. O da müəssisənin fəaliyyətini  məntiqdən uzaq olan, heç bir iqtisadi qanunlara tabe olmayan nəticəyə gətirib çıxarır. O, müflis edir, həyasızcasına ya da sakitcə qarət edir, amma heç vaxt ağlından belə keçirmir ki, büdcəyə qanuni dividentlərini verə bilər.

Özəl müəssisənin işə götürülən meneceri onun dövlət müəssisəsindəki orta statistik həmkarının etdiklərinin onda birini belə etsəydi tez-gec şirkət sahibinin qarşısına qoyduğu cəriməni mütləq ödəməli olacaqdır: evini, maşını, xanımının daş-qaşını satmaqla və ya faizə pul götürməklə. Ya da Abxaziyadan qaçmalı idi. Amma orada da onu tapıb, borcu qaytarmağa məcbur edəcəklər. Mütləq belə olacaq.    

Dövlət müəsissəsinin direktoru olmaq isə tamam başqa məsələdir. Müəsissədə nə istəyirsən elə, heç kim sənə bir söz deməyəcək. Çünki bizim abxaz təfəkkürümüzdə artıq çoxdandır ki, belə bir fikir formalaşıb ki, dövlət mülkiyyəti tozun içində düşüb qalan lazımsız bir şeydir, kim onu  birinci götürsə. o da əsas sahibi olur. O da özü özünün ağasıdır.

Yeri gəlmişkən, bundan zərərçəkən dövlətin özü də bu məsələdə deyəsən, öz vətəndaşları ilə həmrəydir. O da həmin müəsissələri heç də özününkü  saymır. Əks halda anlamaq mümkün deyil ki, niyə bizim cinayət məcəlləsində dövlət əmlakının və büdcə vəsaitinin səmərəsiz istifadəsinə görə heç bir cəza nəzərdə tutulmayıb. Həbs etmək nədir, hətta zərəri ödəmək belə həll olunmaz problem olaraq qalır..

Axı söhbət heç də təkcə müəssisələrdən deyil, həm də  Abxaziyada rəsmi olaraq  alınıb satıla bilməyən torpaqdan gedir, əslində isə hər şey çoxdan bölünüb, bir hissəsi satılıb, bir hissəsi də alıcısını gözləyir.

Dövlət və ümumxalq mülkiyyətinə münasibət əsaslı şəkildə dəyişməyənə qədər də bizi gələcəkdə yaxşı heç nə gözləmir. Ancaq ayrı-ayrı insan qrupları vaxtaşırı vətənpərvərlik şüarları ilə mitinqlər təşkil edəcək, vaxtaşırı olaraq bu sahibsiz qalan dövlət mülkiyyətini öz nəzarəti altına alacaq və deməli ayrı-ayrı sülalələrdə kommunist rifahının qurulmasına nail olacaqlar.

Bu da o vaxta qədər davam edəcək ki, biz ölkənin özünü bu “effektiv” metodların içində tamamilə əridib bitirməyəcəyik.    

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

Dərc olunub: 26.12.2016


More on JAMnews