Gürcüstan və ABŞ informasiya mübadiləsi barədə razılığa gəliblər " />

ABŞ-ın dövlət katibi Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəkləyib

Gürcüstan və ABŞ informasiya mübadiləsi barədə razılığa gəliblər

ABŞ-ın dövlət katibi Reks Tillerson və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bir sıra istiqamətlər üzrə əməkdaşlıq barədə razılığa gəliblər. Danışıqlar zamanı onlar Gürcüstanın Avro-Atlantika inteqrasiyası və Gürcüstanın ərazi bütövlüyü məsələlərinə toxunublar.

Tillerson növbəti dəfə ABŞ-ın Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsipini dəstəklədiyini təsdiq edib. Dövlət katibi həm də vurğulayıb ki, ABŞ Gürcüstanın Avro-Atlantika inteqrasiyası prosesində irəliləməsini dəstəkləyir.

Tərəflər Gürcüstanla ABŞ arasında təhlükəsiz informasiya mübadiləsi haqqında müqavilə imzalayıblar. Müqavilə terrorizmlə mübarizə, hərbi xətt və təhlükəsizlik xətti üzrə informasiya mübadiləsini nəzərdə tutur.

Sənəd imzalanandan sonra tərəflər iqtisadi münasibətlər məsələlərini, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

“Bu, bir daha ondan xəbər verir ki, Gürcüstan ABŞ-ın mühüm və etibarlı tərəfdaşıdır. Arxamızda 25 illik çox mühüm əməkdaşlıq var”, – deyə Kvirikaşvili vurğulayıb.

Baş nazir Giorgi Kvirikaşvilinin ABŞ-a üç günlük səfəri başa çatıb. Səfər çərçivəsində o, ABŞ prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və Vaşinqtonun digər yüksək vəzifəli nümayəndələri ilə görüşüb.


More on JAMnews