Ermənistan və Gürcüstan bu il diplomatik əlaqələrinin 25 illiyini qeyd edir " />

Yerevanda erməni-gürcü dostluğuna həsr olunmuş konsert təşkil olunub

Ermənistan və Gürcüstan bu il diplomatik əlaqələrinin 25 illiyini qeyd edir

Bu il Ermənistan-Gürcüstan diplomatik əlaqələrinin 25 yaşı tamam olub. İki xalqın dostluq və əməkdaşlıq münasibətləri klassik musiqi konserti ilə qeyd olunub.

Konsert əsnasında erməni və gürcü musiqiçilər çıxış edib. Tədbir bəstəkar Aram Xaçaturyanın adı ilə bağlı festival çərçivəsində baş tutub.

Tamaşaçıların diqqətini ən çox pianoçu Mamikon Naapetovla Klarnet ifaçısı Dmitri Bokolişvilinin birgə çıxışı cəlb edib.

Təsadüfi deyil ki, erməni-gürcü münasibətlərinə həsr olunmuş bu axşam Aram Xaçaturyana ithaf olunmuş festival çərçivəsində keçirilib. Xaçaturyanın özü Gürcüstanda anadan olub və bütün həyatı boyu Tbilisi ilə bağlı xatirələri onu müşayiət edib.

Xaçaturyan Tbilisini musiqili şəhər adlandırırdı: məhəllələrin birində erməni musiqisi səslənirdi, digərində isə gürcü milli xoru. Aram Xaçaturyan 16 yaşında Tbilisi Opera Teatrına gedib, orada ilk dəfə böyük incəsənətlə tanış olub, Paliaşvilinin  operalarından birini görüb, elə o andan musiqiçi olmaq qərarına gəlib.


More on JAMnews