Baş nazir seçkisi mayın 8-də baş tutacaq" />

Mayın 8-də Ermənistanın baş naziri olacaq: hakim çoxluq deputatların üçdə birinin irəli sürdüyü namizədə səs vermək qərarına gəlib

Baş nazir seçkisi mayın 8-də baş tutacaq

19:462 may

İqtidarda olan Respublikaçılar Partiyası parlament deputatlarının üçdə bir hissəsinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Bu haqda ERP fraksiyasının rəhbəri Vahram Baqdasaryan Serj Sarqsyanın başçılığı altında keçirilən iclasın nəticələrini təqdim edərkən bildirib.

Sonuncu bəyan edib ki, Respublikaçılar Partiyası öz namizədini irəli sürməyəcək. “Biz ad çəkmirik, amma Milli Məclisin üçdə birinin irəli sürdüyü namizədə səs verəcəyik. Mayın 8-də Ermənistanın artıq baş naziri olacaq”, – Baqdasaryan deyib.

Qeyd edək ki, ümumxalq namizədi Nikol Paşinyanı üç parlament fraksiyası dəstəkləyir.

İndicə o, MM-in ikinci böyük qüvvəsi olan “Sarukyan” fraksiyasının rəhbəri Qaqik Sarukyanla görüşüb. Sonuncu jurnalistlərlə görüşündə mayın 8-də baş nazir seçkilərində onun fraksiyasının Nikol Paşinyana səs verəcəyini təsdiqləyib.

18:03, 2 may

Ermənistanın mədəniyyət naziri səlahiyyətlərini yerinə yetirən Armen Amiryan istefa verib. Bu haqda Armen Amiryan özü qurum binasının önündə keçirilən etiraz aksiyası iştirakçılarının qarşısına çıxaraq bildirib.

16:30, 2 may

Ermənistanın baş nazir seçkiləri ilə bağlı ikinci cəhdin tarixi bəlli olub. Milli Məclisin verdiyi məlumata görə, seçki mayın 8-də, Yerevan saatı ilə 12:00-da baş tutacaq.

JAMnews dünən, mayın 1-də seçkilərin ilk cəhdinin baş tutmadığı haqda yazıb, çünki deputatların çoxu baş nazir kürsüsünə yeganə namizəd Nikol Paşinyanın əleyhinə səs verib.

Hələ parlament fraksiyalarının öz namizədini irəli sürəcəyi, yoxsa Nikol Paşinyanın bu vəzifəyə yenə də yeganə namizəd olaraq qalacağı bəlli deyil.

Konstitusiyaya əsasən, əgər Paşinyanın namizədliyi ikinci dəfə rədd edilsə, Milli Məclis buraxılacaq və növbədənkənar parlament seçkiləri təyin olunacaq.

15:50, 2 may

Paytaxt küçələri hələ də bağlı qalır. Hakimiyyət baş verənlərlə bağlı narahatlığını bildirib və etirazçıları danışıqlara səsləyib.

Ermənistan prezidenti Armen Sarqsyan bəyan edib ki, qarşıdakı həftə ərzində siyasi böhrandan çıxmaq üçün həll yolunun tapılması ilə bağlı məsləhətləşmələri davam etdirmək lazımdır.

Ermənistan baş nazirinin səlahiyyətlərini həyata keçirən Karen Karapetyan bütün siyasi qüvvələrə müraciət edərək, onları dəyirmi masa ətrafında əyləşmək üçün iradə, qətiyyət və çeviklik nümayiş etdirməyə çağırıb.

“Baş nazir yalnız konstitusiya yolu ilə parlamentdə seçilə bilər. Başqa yol yoxdur, nə nəzəriyyədə, nə də təcrübədə”, – K.Karapetyan bildirib.

Bir neçə saat əvvəl

Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. Dünən Milli Məclis ümumxalq namizədi Nikol Paşinyanın əleyhinə səs verib, buna cavab olaraq insanlar küçələri yenidən bağlayıb, ictimai nəqliyyat, o cümlədən də metro işləmir. Tələbələr və müxtəlif müəssə əməkdaşları tətil elan edib.

 Dünən Milli Məclisin növbədənkənar iclasında, təxminən 10 saatlıq müzakirədən sonra deputatların çoxu Ermənistan baş naziri vəifəsinə yeganə namizəd Nikol Paşinyanın əleyhinə səs verib. Onun lehinə səs verən deputatların sayı 45, əleyhinə olanların sayı isə 56 nəfər olub. Səsvermədən sonra Nikol Paşinyan yüzlərlə vətəndaşın onu gözlədiyi Respublika Meydanına yollanıb. Mitinqdə o, hər kəsi səhərdən vətəndaş itaətsizliyi aksiyalarını davam etdirməyə çağırıb.

Bağlanmış küçələrin sayı saatbasaat artır. Aeroport yolunda vəziyyət çox gərgindir. Uçmalı olan sərnişinlər “Zvartnots” aeroportuna gedib çıxa bilmir. Bəziləri piyada getməyə üstünlük verir. Vaxtaşırı olaraq uçmalı olan şəxslərlə nümayişçilər arasında mübahisələr yaranır. Bəzi məlumatlara görə, Ermənistandan nəzərdə tutulan reyslər təxirə salınıb.

Ölkənin marzalarında bəzi icma yolları da bağlanıb. Ermənistan KİV-nin məlumatına görə, Vanadzorda insanlar meriya və vilayət administrasiyasının binalarını mühasirəyə alıb. Gümri sakinləri də aksiya keçirir. Onlar meriya əməkdaşlarını və vilayət administrasiyasını onlara qoşulmağa çağırıblar.

Milli Məclisin növbəti sessiyası da baş tutmayıb, çünki deputatlardan yalnız 29 nəfər iclasda iştirak edib. Kvorum təmin olunmadığı üçün iclas təxirə salınıb. Çox güman ki, parlament nümayəndələri də  küçələrin bağlı olması üzündən parlamentə gəlib çıxa bilməyiblər.


More on JAMnews