“Pobeda” şirkəti Gümri aeroportunu yanacaq oğurluğunda ittiham edirdi" />

Rusiya loukosteri Ermənistanın “Şirak” aeroportuna qayıdır. Yenilənib

“Pobeda” şirkəti Gümri aeroportunu yanacaq oğurluğunda ittiham edirdi

Yenilənmə

“Pobeda” aviaşirkəti Moskva-Gümri-Moskva reysinə bilet satışını bərpa etmək qərarına gəlib. Bu haqda aviaşirkətin rəsmi nümayəndəsi məlumat verib.

Avqustun əvvəlində qış mövsümü üçün biletlərin satışı Ermənistanın böyüklüyünə görə ikinci şəhəri Gümridə yerləşən “Şirak” aeroportu ilə şirkət arasında yaranan mübahisəli vəziyyət üzündən dayandırılmışdı. O zaman “Pobeda” yerli aeroportu yanacaq təchizatında oğurluğa yol verməkdə ittiham etmişdi.

“Bu gün biz Gümri reysinə biletlərin satışını bərpa etdik: aeroport yanacaq təchizatı prosesinin keyfiyyəti üzərində nəzarətlə bağlı lazımi tədbirləri görəcəyini vəd edib. Biz çox şadıq ki, bizim müştərilərimiz yenidən Gümriyə uça biləcək”, – aviaşirkət nümayəndəsi bildirib.

Vəziyyəti Gümri aeroportunun baş meneceri Marselo Vende şərh edib. O, aeroport adından insidentə görə üzr istəyib və söz verib ki, “günahkarlar müəyyən ediləcək və cəzalandırılacaq”.

“Biz gələcəkdə bu cür insidentlərin istisna olunmasına tam təminat veririk”, – Vende deyib.

8 avqust 2019-cu il

Rusiyanın yeganə loukosteri “Pobeda” qış mövsümündən Ermənistana uçuşları dayandıra bilər. Hazırda loukoster Rusiyadan Gümri şəhərinə v geriyə uçuşlar həyata keçirir.

Şirkər “Şirak” aeroportunu yanacağı kəsməkdə günahlandırır. Bununla yanaşı Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilir ki, loukoster uçuşları dayandırmaq fikrində deyil.

Biz əslində nə baş verdiyini və qışda birbaşa Gümridən Rusiyaya uçmaq mümkün olub-olmayacağını aydınlaşdırmağa çalışdıq.

Gələcək üçün çoxlu cəlbedici layihələr olsa da, bugün yaxşı nəsə azdır – Ermənistanın mülki aviasiyası haqda

Gümri: Ermənistanın turizm xaritəsində yeni təklif

İttihamlar nədən ibarətdir?

Hər şey Rusiya mediasında dərc olunan məlumatlardan başlayıb. Bu məlumatlara əsasən, Rusiya loukosteri, yəni ucuz sərnişindaşıma ilə məşğul olan aviaşirkət Gümriyə uçuşları dayandıracaq. Səbəb kimi isə yerli aeroportda yanacağın kəsilməsi göstərilib.

Daha sonra şirkətin mətbuat katibi Yelena Selivanovanın bəyanatı yayılıb, irada qeyd edilib ki, aviaşirkət yalnız oktyabrın sonuna qədər Gümrüyə uçuşları davam etdirəcək.

“Dəfələrlə “Pobeda”məsələnin aydınlaşdırılması tələbi ilə aeroport rəhbərliyinə müraciət edib. Amma aeroportun gördüyü tədbirlər yetərli olmayıb və yanacaqdoldurma məntəqəsi yanacaqdan kəsmə təcrübəsini davam etdirir.

“Pobeda” bilet satışının yenidən başlanması məsələsini yalnız aeroport qəti tədbirlər görəcəyi halda: kəsilən yanacağın dəyərini kompensasiya etsə və gələcəkdə yanacağın kəsilməsi halının olmayacağına zəmanət verərsə, nəzərdən keçirəcək”, –  mətbuat katibi “Azartutyun” (Azadlıq) radiosuna bildirib .

Ziddiyyətli informasiya

Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan bəyan edib ki, “Pobeda” loukosteri qış mövsümündən Gümri uçuşlarını dayandırmaq niyyətində deyil.

Revazyanın sözlərinə görə, tezliklə aviaşirkət nümayəndələri ilə görüş olmalıdır və bu görüşdə bütün məsələlər, o cümlədən də hipotetik yanacaq əskikliyi ilə bağlı problem aydınlaşdırılmalıdır.

Bu zaman kəsiyində “Şirak” aeroportunun da daxil olduğu “Ermənistan” Beynəlxalq Aeroportu şirkəti rəsmən bəyan edib ki, “avia-yanacaq doldurulması ilə bağlı heç bir problem olmayıb”  .

Hökumətdə nə düşünürlər?

Ermənistanın baş nazirinin aviasiya məsələləri üzrə müşaviri Hakop Çaqaryan vəziyyəti şərh edib.

O, yanacağın tam doldurulmaması ilə bağlı arqumenti əsassız adlandırıb  və səbəbini izah edib:

“Yanacağın kəsilməsi səbəb ola bilməz. Birincisi, onlardan başqa heç kim belə bir problem haqda bildirməyib. Sonrası isə Gümridə onlar cəmi 3 tona yaxın yanacaq doldurublar. Onlar standartlara müvafiq cihazlar tərəfindən nə qədər aldadılmalı idilər ki, təsiri bu qədər əhəmiyyətli dərəcədə olsun?”

Nə baş verir?

Hələlik ziddiyyətli fikirlər fonunda Gümri-Moskva reysinin taleyi sual altında qalır.

JAMnews online şəkildə Gümri-Moskva istiqamətində 2019-cu ilin dekabrının və 2010-ci ilin yanvarının müxtəlif günlərinə bilet almağa çalışıb. Bütün cəhdlər nəticəsiz qalıb. Sistem davamlı olaraq eyni cavabı verirdi: “Uçuş variantları tapılmayıb”.

Bu, Gümri şəhərindən Rusiya paytaxtına qış mövsümü üçün uçuşların hələlik dayandırıldığını təsdiqləyir.

“Pobeda” loukosteri haqda

“Pobeda” Rusiyanın “Aeroflot” şirkətinin törəmə şirkətidir. Şirkət nisbətən ucuz biletlər təqdim edir.

“Pobeda” 2016-cı ilin dekabrında Moskvadan Gümriyə və geriyə uçuşlar həyata keçirir. 2018-ci ilin aprelindən isə Sankt-Peterburqa da reyslər reallaşdırır.


More on JAMnews