Gəlin otaqda, qonaqlar süfrə başında: Azərbaycan kəndləri ənənələrə sadiqdir " />

Yayda evlənmək lazımdır

Gəlin otaqda, qonaqlar süfrə başında: Azərbaycan kəndləri ənənələrə sadiqdir

Lənkəran kəndləri qışda toy eləməməyə çalışırlar, çünki çoxlarının qohum-əqrəbası Rusiyada yaşayır və işləyir. Onlar üçün isə yayda, məzuniyyət və məktəb tətili zamanı gəlmək daha rahatdır. Üstəlik bu fəsildə meyvə-tərəvəz də daha ucuz olur.

Qışda açıq hava altında süfrə qurmaq üçün həddən artıq soyuq olmasından isə heç danışmırıq. Toyu restoranda eləməksə mümkün deyil, çünki kənddə restoran yoxdur.

Haqqında söz açdığımız toy Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunun Bədələn kəndində baş verir.

Yox, bu toy təamı deyil. Bu ləzzətli kabab “toy axşamı” üçün hazırlanıb.

Əgər Bakıda “toy axşamı” kişilərin toplaşdığı rəmzi məclisdirsə, kəndlərdə bu tədbir praktiki xarakter daşıyır. Burada qohum-əqrəba toydakı vəzifələri bölüşdürür, kimin nəyə görə cavabdeh olacağını müəyyən edirlər.

“Lüks klass” çadır içərisinə xalçaların döşəndiyi, ən başdakı xalça üzərində isə pambıqla “Xoşbəxt olun!” sözlərinin yazıldığı brezent çadırlar qədər koloritli deyil.

Növbəti gün bəyin qohumları sübh tezdən oyanır – onların işi çoxdur. Qız toyunu artıq Tovuzda eləhyiblər, indi yeməklər bişirib, qonaqları yedirib-içirmək növbəsi oğlan evinindir.

Bəylə gəlini təqdim etmək zamanıdır: Pərviz və Nigar, oğlanın 28, qızın 25 yaşı var.

Onlar köhnə ənənələrin diqtə etdiyi qaydalara uyğun tanış olmayıblar: onların tanışlığı hər ikisinin də işlədiyi Bakıda tamam müstəqil şəkildə baş verib. İndi gənc ailə elə Bakıdaca yaşayır. Amma toy mərasimi ilə bağlı “bütün qaydalara” əməl edərək doğmalarının xəyallarını həyata keçiriblər.

 

Bəyin qara kostyumu və gəlinin ağ paltarı zamanla adətlərin necə dəyişdiyinin nümunəsidir.

Kəndlərdə toy kortejinin qarşısının kəsilməsi ənənəsi hələ də qalır – yolu kəsən oğlanlara bəyin qohumları nəsə hədiyyə etməlidir (ən sadəsi elə puldur).

Əgər Bakıda oğlan toyunda həm bəy, həm gəlin iştirak edirsə, buradagəlin toyun sonuna qədər öz otağında oturur.

Kişilərlə qadıbnlar ayrı-ayrı otururlar – kişilər çadırda, qadınlar isə həyətdə qurulmuş süfrə başında.

Masalara toyuq, ət, kartof kababları və qovrulmuş ət düzülüb.


More on JAMnews