Müsabiqəni Çeçenistan rəhbəri Kadırov elan edib, qalib – çeçen qızı Xeda İbaxiyevaya mükafat olaraq I-Phone X verilib" />

Video: Rusiyada Putinə pərəstiş haqda ən yaxşı şeir müsabiqəsi

Müsabiqəni Çeçenistan rəhbəri Kadırov elan edib, qalib – çeçen qızı Xeda İbaxiyevaya mükafat olaraq I-Phone X verilib

Çeçenistan rəhbəri Ramzan Kadırov 2017-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin haqqında ən yaxşı şeir müsabiqəsi elan edib – iştirak etmək üçün müraciətlərin sayı həddən artıq çox olub.

“Üç min nəfər öz şeirini göndərib, onlardan min yüz qırx beşi video-rolik şəklində olub. Şeirlər çox maraqlı və məzmunlu idi. Amma nəticədə biri seçilib. Müsabiqənin qalibi Nadtereçnı rayonunun Beno-Yurt kəndindən üçüncü sinif şagirdi olub”, – Çeçenistan Gənclər Nazirliyinin nümayəndəsi “Kavkazskiy uzel” internet portalına bildirib.

Amma müsabiqə eyni zamanda sosial şəbəkələrdə çoxlu tənqidə də səbəb olub, şərh yazanlardan biri isə müsabiqəni “Putiniada” adlandırıb.


More on JAMnews