Dağılmış evlər, küçələr, yollar" />

Unudulmuş kurort – Abxaziyadakı Oçamçira şəhərciyi haqqında foto-tarix

Dağılmış evlər, küçələr, yollar

Həm şəhərciyin özü, həm də ətrafındakı sahilyanı ərazi Sovet İttifaqı dövrlərində çox populyardı. Hər kəsin unutduğu kurort – bugün onu belə adlandırmaq olar.

Oçamçiranın təmiz dəniz suyu, Abxaziyada ən uzun, iki kilometr uzanan sahilyanı ərazisi var, burda qalmaq üçün yer və yemək də nisbətən ucuzdur.

Bununla belə şəhər boş qalıb, turizm mövsümündə də burda adam olmur. Yerli sakinlər bunu Oçamçiranın Rusiya-Abxaziya sərhədindən uzaq olması və turizm infrastrukturunun olmaması ilə izah edirlər. Burada nə əyləncə, nə mehmanxana, nə də rahat mənzillər var. 

Şəhər mərkəzi. Günorta saat iki. Küçədə demək olar ki, heç kim yoxdur. Şəhərdə hansı maraqlı hadisələrin baş verdiyi haqda danışmağa adam tapmırsan.

Administrasiyanın qarşısında atlar və inəklər gəzişir. Əvəzində isə yollarda tıxac yoxdur.

Dağılmış evlər, küçələr, yollar. Lazımi vəsaitin olmaması nəticəsində burada nəinki turistlər, elə yerli sakinlər də azdı. Müharibəyə qədərki dövrdə Oçamçirada 30 min nəfər yaşayırdı, indi isə sakinlərin sayı on dəfə azalıb. 

Ötən il rayonda dörd min turist dincəlib, daha 20 min nəfər ekskursiyaya gəlib. Amma Oçamçira rayon administrasiyası başçısı Xrips Copuanın sözlərinə görə, rayonun büdcəsinə heç nə daxil olmayıb, çünki turistlər pul xərcləmək üçün yer tapmayıblar.

Yerli apasxanın sahibi musiqini qurur. Kolonkalardan Qafqaz şansonunun sədaları eşidilir. Biz gün ərzində ikinci müştəriyik.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc olunub 28.08.2016


More on JAMnews