Aktyor reytinqlərdə hazırkı prezident və ən populyar müxalif siyasətçini qabaqlayıb" />

Ukraynada prezident seçkiləri: kimlər iştirak edir?

Aktyor reytinqlərdə hazırkı prezident və ən populyar müxalif siyasətçini qabaqlayıb

Ukrayna prezidenti Pyotr Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Yepifaninin intronizasiyası mərasimində, 3 fevral 2019-cu il. REUTERS/Valentyn Ogirenko 

Ukrayna Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatını fevralın 9-da dayandıracaq, amma jurnalistlər artıq Ukraynanın 2019-cu il prezident seçkilərinin əsas namizədlərini müzakirə edirlər. Səsvermə martın 31-də keçiriləcək. Hazırda rəsmən 28 nəfər qeydiyyatdan keçib, amma onların sayı ən azı bi nəfər artacaq – şübhə yoxdur ki, Mərkəzi Seçki Komissiyası hazırkı prezidentin namizədliyini də qeydiyyata alacaq. Ukraynanın “Hromadske” teleşirkəti ən populyar namizədləri təqdim edir və onların proqramı haqda qısaca danışır.

Pyotr Poroşenko

Öz seçkiqabağı kampaniyasında Pyotr Poroşenko vətənpərvər ruha köklənmiş elektorata və əsas nailiyyətlərindən birinə – Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyi haqda Tomosa istinad edir.

Sorğulara inansaq, Poroşenkonun ikinci tura çıxması üçün şansı çoxdur; elektoratın rəğbəti reytinqində o Yuliya Timoşenko ilə birlikdə ikinci yeri bölüşdürür.

Yuliya Timoşenko

“Batkivşina” partiyasının lideri, Ukraynanın keçmiş baş naziri üçüncü dəfədir ki, prezident kürsüsü uğrunda mübarizəyə qoşulur. O, qazın qiymətini iki dəfə ucuzlaşdırmağa söz verib, baxmayaraq ki, dövlət başçısının belə səlahiyyəti yoxdur.

Sosioloqlar Timoşenkonun seçicilərinin “sabitliyini” – yəni onların məhz bu namizədə səs vermək niyyətində olmasını qeyd edirlər.

Vladimir Zelenski. “Xalq qulluqçusu” teleserialında kadr

Vladimir Zelenski

Şoumen, artist və yumorist Vladimir Zelenski prezident seçkilərinə qatılacağını Yeni İl gecəsi bəyan edib. (O, populyar “Xalq qulluqçusu” teleserialında baş rolu – Ukrayna prezidenti olan sadə müəllimi canlandırıb — JAMnews). Yanvarda Zelenskinin Rusiiyada üç şirkət sahibi olduğu haqda jurnalist araşdırması dərc olunub. Təəccüblü olsa da, sosioloqların fikrincə, bu informasiya Zelenskinin xeyrinə işləyib. Onun yüksək reytinqinin səbəblərindən biri kimi ölkədəki etiraz əhvalını göstərirlər.

Ukrayna və Rusiya: müharibədə düşmən, yoxsa ticarətdə tərəfdaş?

Rusiya prezidenti kimi Navalnıdan nə gözləmək olar?

Cənubi Osetiya vasitəsilə müharibə gedən Şərqi Ukraynanı Rusiya necə maliyyələşdirir?

Yuri Boyko və Aleksandr Vilkul

Yuri Boyko və Aleksandr Vilkul – hər ikisi rusiyayönlü namizədlərdir. Vilkulun namizədliyini “Müxalifət bloku”, Boykonun namizədliyini isə “Müxalifət platforması – Yaşam naminə” bloku irəli sürüb. Bir neçə ay əvvəl Ukrayna hüquq-mühafizə orqanları Vilkulu səlahiyyət həddini aşmaqda şübhəli bilirdi, amma Ali Rada onun deputat toxunulmazlığını əlindən almaqdan imtina etdi.

Anatoli Qritsenko

Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko özünü “demokrat” adlandırır, amma bununla belə avtoritarizmdə pis heç nə görmür. Beş il müddətində  o, inkişaf səviyyəsinə görə “Avropa ölkələri ilə daban-dabana getməyə”, korrupsiyanın, inhisarçılıq və oliqarxların axırına çıxmağa söz verir.

Andrey Sadovoy

Lvov meri də özünü “demokratik namizəd” hesab edir. Sadovoy seçicilərə korrupsiya ilə mübarizə və texniki modernləşmə vəd edir.

Oleq Lyaşko

Radikal Partiyasından olan xalq deputatı ikinci dəfə prezident seçkilərində iştirak edəcək – 2014-cü ildə o, 8,32 faiz səslə üçüncü yüri tutub.

Yeni kampaniya zamanı Lyaşko öz təbliğatında köklü dəyişikliklər etməyib: həminki radikal müxalif ritorikalı populist bəyanatlar. Məsələn, yanvarın 21-də öz partiyasının qurultayında o, Ukraynada ölüm hökmünün geri gətirilməsi məsələsini referenduma çıxarmağı vəd edib.

Sosioloji sorğular nə deyir? 

Yanvarın sonunda yeni sosioloji sorğuların nəticələri dərc olunub. Bu sorğuların nəticələrinə əsasən, populyarlığına görə birinci yeri Zelenski tutur. “Reytinq” qrupunun məlumatına əsasən, seçkilərdə seçicilərin

19 faizi Vladimir Zelenskiyə,

18,2 faizi Yuliya Timoşenkoya,

15,1 faizi Pyotr Poroşenkoya,

10 faizi Yuri Boykoya,

8,5 faizi Anatoli Qritsenkoya,

7 faizi isə Oleq Lyaşkoya səs vermək niyyətindədir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun “Sotsis” Sosial və Marketinq Tədqiqatları Mərkəzinin və Razumkov Mərkəzinin sorğusu aşağıdakı rəqəmləri üzə çıxarıb:

Vladimir Zelenski – 23 faiz,

Pyotr Poroşenko — 16,4 faiz,

Yuliya Timoşenko — 15,7 faiz,

Yuri Boyko — 9,3 faiz,

Anatoli Qritsenko — 8,1 faiz,

Oleq Lyaşko — 6,7 faiz.

Facebook Comments

More on JAMnews