Ukrainian President Poroshenko says there is a risk of Russia forming small military groups within the country" />

Ukrayna yaşı 16-dan 60-a qədər olan rusiyalı kişilərin ölkəyə girişini qadağan etdi

Ukrainian President Poroshenko says there is a risk of Russia forming small military groups within the country

REUTERS/Vyacheslav Madiyevsky

Ukrayna kişi cinsindən olan və yaşı 16 ilə 60 arası Rusiya vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyub. Hromadskoe xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Ukrayna gəmiləri Rusiya tərəfindən güllələndi və saxlanıldı. Yaralılar var

Ukrayna və Rusiya: müharibədə düşmənlər, yoxsa ticarət tərəfdaşları?

Yeni Hollivud filmini həm Rusiyada, həm də Ukraynada qadağan etdilər. Müxtəlif səbəblərə görə

«Rusiya Ukraynada əslində RF Silahlı Qüvvələrinin nümayəndələri olan şəxslərdən ibarət “özəl” ordu bölmələri yarada bilməsin deyə, Ukrayna yaşı 16-dan 60-dək olan kişi cinsindən Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyub. Rusiyalılara hələ 2014-cü ildə planlaşdırdıqları əməliyyatları Ukraynada həyata keçirmələrinə imkan verməmək məqsədilə», — prezident Poroşenko bildirib.

Rusiya vətəndaşlığı olan kişilərin ölkəyə daxil olmasına istisna hallar kimi humanitar məqsədlər, misal üçün, dəfn nəzərə alına bilər. Prezident həmçinin təklif edib ki. xüsusilə hərbi vəziyyətin qüvvədə olduğu on vilayətdə Rusiya vətəndaşlarının qeydiyyatına olan tələblər sərtləşdirilsin.

Noyabrın 26-da Ukrayna Ali Radası prezidentin ölkənin 10 vilayətində 30 gün müddətinə hərbi vəziyyətin tətbiq edilməsi barədə fərmanını təsdiqləyib. Bu qərar noyabrın 25-də Kerç boğazında baş vermiş qarşıdurmadan sonra qəbul olunub. Həmin gün rusiyalı hərbçilər və sərhədçilər Ukraynanın hərbi gəmilərini ekipajları ilə birlikdə güllələyib və saxlayıblar.


More on JAMnews