Qüdrətli qonşunun taleyüklü seçimi ilə bağlı JAMnews-un İstanbuldan reportajı" />

Türkiyə demokratiya ilə avtoritarizm arasında

Qüdrətli qonşunun taleyüklü seçimi ilə bağlı JAMnews-un İstanbuldan reportajı

Türkiyədə aprelin 16-da hər kəsin bir ağızdan tarixi adlandırdığı referendum baş tutub. Türkiyə artıq əvvəlki kimi olmayacaq.

Ölkənin taleyini 55 milyon seçici həll edib. Onlar bunu 2016-cı ilin iyununda müvəffəqiyyətsizliyə uğrayan dövlət çevrilişi cəhdindən sonra ölkədə elan olunmuş fövqəladə vəıziyyət şəraitində edib.

Referenduma çıxarılmış suala seçicilərin 51 faizi müsbət cavab verib. 48 faiz əleyhinə çıxış edib.

Nə həll olunub

Türk Konstitusiyasının ümumilikdə 18 maddəsinin taleyi həll olunub. Əgər seçicilər bu referendumun təşəbbüsçüsü olan Ərdoğana “hə” deyirlərsə, onda:

  • Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir; Baş nazir vəzifəsi ləğv olunur, bütün icraedicihakimiyyət prezidentin əlində cəmlənir;
  • Parlament üzvləri hətta nazirləri öz yanlarına çağıra bilməzlər, sadəcə onlara yazılı sorğu göndərə bilərlər;
  • Hakim və prokurorların Ali Şurasına prezidentin heç bir razılaşdırma olmadan təyin etdiyi ədliyyə naziri başçılıq edəcək;
  • Prezident iki dəfədən artıq dalbadal seçilə bilməz, amma əgər parlament növbədən kənar seçki qərarı çıxararsa, onda parlament və prezident yenidən seçiləcək, lakinonun ikinci prezidentlik müddəti ikinci sayılmayacaq və beləcə, sonsuzadək.

Divar divara?

Referendum ərəfəsində Türkiyədə keçirilən bütün ictimai sorğular göstərirdi ki, təklif olunmuş tərəfdar və əleyhdarların sayı, demək olar ki, bərabərdir. Seçicilərin “yox” deyəcəkləri ilə bağlı proqnozlar çox idi, lakin heç kəs bunu birmənalı şəkildə təsdiqləmirdi.

İstanbul Konstitusiya dəyişkliklərinin lehinə və əleyhinə olan plakatlarla dolu idi. Küçə təblıiğatında “Evet!” (“Hə!”) tərəfdarlarının cəhdləri daha çox nəzərə çarpırdı. Onların əsas dəlilləri prezident Ərdoğanın portreti idi. Sosial şəbəkələrdə daha çox opponentlər – “Hayır!” (“Yox!”) tərəfdarları fəal idilər. Facebook-un Türkiyə seqmentində son günlərin ən çox yayılmış zarafatı bu idi: “Türk dilində nəsə seksual bir şey de. – Yox!”

İki düşərgə arasında amansız mübahisələr gedib.

Biriləri hesab ediblər ki, Ərdoğan yeni səlahiyyətlər olmadan Türkiyəni qüdrətli ölkəyə çevirə bilməz. (O, prezident Trampı təkcə bu şüarla deyil, həm də öz tərəfdarlarına müraciət etmək tərzi ilə – qısa cümlələri və bir az yüksəldilmiş, dramatik intonasiyası ilə xatırladır.)

Digərləri onlara cavab verirdilər ki, Türkiyə yeni Orta əsrlərin və qəddar avtoritarizmin astanasındadır. Ərdoğan əleyhdarlarının arasında qadınlar xüsusilə fəal olub.

Məsələn, “Kader” qadınların hüquqları uğrunda hərəkatın fəalı Jasmin Bektaş qəti əmindir ki, daima “ənənəvi islam dəyərlərinə” müraciət edən Ərdoğanın uğuru erkən nikah probleminə yumşaq yanaşmaya, zorlama olaylarının artmasına və ev zorakılığının leqallaşmasına gətirib çıxaracaq.

Bununla yanaşı, İstanbulda vətəndaş sakitliyi və yekdilliyi, təcavüzün yoxluğu gözə dəyir.

Hicablar və büsbütün örtülmüş üzlər qat-qat çoxalıb. Bununla belə, Nitsa sahillərinin belə paxıllıq edə biləcəyi açıq-saçıq geyimli qızlar da az deyil. Ən heyrətamizi isə odur ki, həm hicablılardan, həm də açıq geyimlilərdən ibarət, öz aralarında deyib-gülən dəstələrin sayı könlün istəyən qədərdir. Onların əllərində eyni«Mango”, “Marx&Spencer”, “MaxMara”paketləri var.

Ya da, məsələn, mərkəzi İstiqlal küçəsində bir-birindən 50 metr aralıda “Hə!” və “Yox!” tərəfdarları mitinq keçirirlər. Təbliğat üsulları oxşardır – ritmik nəğmələr və rəqslər.

Amma fərq də var. Birilərində stasionar səhnədir: hansısa binanın birinci mərtəbəsində açıq meydança. Digərlərində boş küçə.

Və birincilər heç bir tərəddüdsüz ikinciləri öz tualetlərinə buraxırlar.

 

Müəyyən olunmayanlar

Görünür, səsvermənin taleyini öz səsini sonuncu günə saxlayanlar həll edib. Belələri az deyil.

Çünki “hə” ilə “yox” arasında suayırıcının xətti düz xətt üzrə çəkilməyib. Söhbət təkcə varlı və kasıbların, gənc və qocaların, Avropa təhsili görmüş adamalrın və öz şansını paytaxtada axtaran, türk əyalətindən təzəcə gəlmiş kəslərin müxtəlif baxışlarından getmir. Türkiyə cəmiyyəti qat-qat mürəkkəb qurulub.

Məsələn, İlmaz Özlük kimi taleyi olan adam bu referendumda necə səs verməlidir?

O, kasıb kürd kəndindədir. Ailədə ilk təhsil alan şəxsdir (məktəbə üç saat piyada yol və geri). Ətrafı Kalaşnikov avtomatını yığıb-sökməyi bacaran, amma ömürlərində su kəməri görməyən adamlarıa doludur. O, ailəsi ilə birgə İstanbula köçüb, küçədə plastik paket alveri edib, qarnı nadir hallarda tox olub. Amma çalışıb-vuruşub, öz şəxsi turist biznesini yaradıb və uğur qazana bilib, bir neçə dil bilir. Çoxsaylı qardaş-bacısına ayağa qalxmaqda yardımçı olub, indi iki övladına ali təhsil verməyə hazırdır.

Və onun uğurlu həyatının böyük bir hissəsi Ərdoğanın prezidentliyi dövrünə təsadüf edib. Necə səs verməli?

Özünü Türkiyə və İstanbulun patriotu adlandıran İlmazson qərarını seçici məntəqəsində bülleteni əlinə götürən anda verməyi qərara alıb.

Düyəsən, seçimini müəyyənləşdirməyən kəslərin dahadolğun münasibətini İstanbulun Asiya hissəsini birləşdirən Bosfor körpüsündəki balıqçılardan biri ifadə edib. Onlar orda hobbi ilə məşğul deyillər, iş görürlər. Tutulan balıq dərhal sahilə göndərilir, sonra tavaya və saysız-hüsabsız kafelərdən birindəki masaya.

“Mənim üçün heç bir fərqi yoxdur, – o deyir. – Prezident balığın rəisi deyil”.

Qonşular nə gözləməli

İstənilən referendumun nəticəsi zamanı Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi üçün ən vacib amil – iqtisadi, siyasi, hərbi – olaraq qalacaq. Onlar nə gözləməlidir?

Azərbaycan

Politoloq Elxan Şahinoğlu JAMnews-la söhbətində deyib ki, Türkiyədə koalisiya hakimiyyətləri öz aralarında razılığa gələ bilməyəndən sonra ölkədə referendum keçirilməsi qərarı alınıb:

“Ərdoğan və onun tərəfdarları əsas arqumenti kimiTürkiyənin parlament respublikası formasında inkişaf edə bilməyəcəyini önə çəkiblər.Çoxlu qalmaqal olub, iqtisadi xaos baş verib. Səlahiyyətlər hakimiyyətin əlinə keçəndəsə hökumət üzvlərini kənardan da təyin etmək mümkün olacaq. Yəni arqument ondan ibarətdir ki, geniş səlahiyyət sahibi olan prezidenthökumətə nəzarət edəcək, üstəlik islahatlar apara biləcək”.

Tarixçi Altay Göyüşov JAMnews-a referendumu Türkiyə demokratiyasına böyük zərbə hesab etdiyini söyləyib:

“Ərdoğanın xasiyyətində güclü avtoritar meyllənmələr var. Bu dəyişiklilər Türkiyə demokratiyasına möhkəm zərbə endirə bilər. Və elə buna görə də mən prinsipial olaraq bunun əleyhinəyəm.

Etiraf etmək lazımdır ki, Türkiyə 1990-cı ildən başlayaraq 20-25 il ərzində böyük sürətlə inkişaf edib. O, dünya siyasətində də öz yerini tapıb. Bütün bunlar Türkiyə parlament respublikası olduğu dönəmdə baş verib. İndi faktiki olaraq, bu nailiyyətlərindən üzərindən qalın xətt çəkilir”.

Ermənistan

Aleksandr İskandaryan, politoloq, “Qafqaz İnstitutu”nun direktoru JAMnews-la söhbətində:

“Bu gün Türkiyədə şəxsi reşimin təsdiqi baş verir. Türkiyədə gözlənilən dəyişikliklər Ermənistan üçün yaxşı heç nə ilə yanaşıdəhşətli heç nə dəvəd eləmir. Türkiyə çətino qədər təcavüzkar ölkəyə çevrilsin ki, qonşu ölkələrlə müharibə etməyə başlasın. Ərdoğanın yeni nizam-intizam yaratmaq cidd-cəhdi daxili siyasi məsələlərin çözülməsinə yönəlib.

Paradoks ondadır ki, Ermənistan Türkiyə üçün Qərbdir. Erməni məsələsi siyasi nöqteyi-nəzərdən Türkiyə üçün həmişə Qərblə münasibətlərinin bir hissəsi olub.

Türkiyə Avropa dünyasının bir hissəsi olmaq kimi bir məsələnin öhdəsindən gələ bilmədi. Türkiyədə dəyişikliklər baş verib, ona görə ki Avropa İttifaqına birləşməyə ümid ediblər. İndi bu ümid yoxdur. Onda Türkiyə niyə soyqırımı tanısın və Ermənistanla münasibətləri normallaşdrısın ki? Axı Ermənistan onun üçün hüç bir maraq kəsb eləmir, Avropa perspektivisə yoxdur. Yaxın illərdə münasibətlərin yoluna qoyulacağını söyləmək düzgün olmazdı”.

Gürcüstan

Gürcü ekspertləri hesab edirlər ki, referendumun hansı nəticə ilə bitməsindıən asılı olamayaq, bu, iki ölkə arasındakıqarşılıqlı münasibətlərə təsir etməyəcək.

Georgi Ruxadze, beynəlxalq əlaqələr üzrə mütəxəssis JAMnews-la söhbətində:

“Referendumun necə bitməsindən asılı olmayaraq, nəticə Türkiyənin regionda əsas oyunçularadan biri  və Gürcüstanın strateji partnyoru olması faktını dəyişməyəcək. Türkiyə Gürcüstan üçün bu rolda qalacaq, Gürcüstan Türkiyə üçün həmçinin”.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nodar Xarşiladze JAMnews-la söhbətində:

“Referendumun necə bitməsindən asılı olmayaraq, nəticə Gürcüstan üçün əhəmiyyət kəsm etməyəcək. Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var, Ərdoğanın da Gürcüstana münasibəti çox müsbətdir – həm ikitərəfli münasibətlər nöqteyi-nəzərindən, həm də regional əməkdaşlıq formatı baxımından.

Odur ki, Ərdoğanın mövqelərinin möhkəmləndirilməsi bizə heç bir halda mənfi təsir göstərməyəcək. Ən əsası, Türkiyədə daxili proseslərin demokratik olması və iğtişaşların baş verməməsidir”.


More on JAMnews