Ekspertlərin fikrincə, Ermənistanı Türkiyə ilə əlaqələrin olmaması xilas edib, Gürcüstana zərbəni isə turizmdən artan gəlirlər yumşaldıb " />

Türk lirəsinin düşməsi Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?

Ekspertlərin fikrincə, Ermənistanı Türkiyə ilə əlaqələrin olmaması xilas edib, Gürcüstana zərbəni isə turizmdən artan gəlirlər yumşaldıb

bne IntelliNews-un materialları əsasında

Türk lirəsi avqustun son günlərində yenidən düşməyə başlayıb. Bu, Türkiyə Milli Bankının rəhbər müavininin gözlənilən istefası ilə bağlı xəbərlər fonunda baş verib. Ötən cümə axşamı türk valyutası Amerika dollarına nisbətdə daha dörd faiz zəifləyib, bununla belə, ilin əvvəlindən lirə dəyərinin  40 faizindən çoxunu itirib.

Region üçün bu, pis xəbərdir. Türkiyənin qonşuları üçün lirə ilə bağlı problemlər daha hiss olunandır, ən azı ona görə ki, Türkiyə iqtisadiyyatı daha böyükdür və regionun ölkələri ticarət və sərmayələrlə bir-biri ilə sıx bağlıdır.

Son on ildə Türkiyə Qafqazda mühüm rol oynayıb. Türkiyə bir sıra post-sovet ölkələri üçün “sərmayə qovşağına” çevrilib və coğrafi, mədəni-tarixi yaxınlığı sayəsində Cənubi Avropanın tam bir regionu üçün maliyyə və iqtisadiyyat mərkəzi olub.

Türkiyə, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı sərmayələr və ticarət müqavilələrinin “Qızıl üçbucağı” formalaşıb, bunun rəmzi də ötən ilin noyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olub.

Türkiyənin bütün regionla çiçəklənən ticarəti qonşu ölkələri Ankaranın problemlərinin girovuna çevirir. Amma Türkiyədəki böhranın Ermənistana heç bir təsiri yoxdur — bu ölkələr arasında əlaqələr minimal, qarşılıqlı ticarət və sərmayələrin həcmi isə kiçikdir.   

Gürcüstan

Sıx iqtisadi əlaqələrə görə lirənin düşməsi gürcü larisi və Azərbaycan manatına əhəmiyyətli dərəcədə təsir edib, bununla belə, Gürcüstan iqtisadiyyatının pozitiv dinamikası ciddi dəyişikliklərin qarısını almağa kömək edib.   

“Düşünülmüş makro-iqtisadi siyasət və xarici gəlirlərin əhəmiyyətli artımı 2018-ci ilin avqust ayına qədər larinin ucuzlaşmasının qarşısını almağa kömək edib. Amma avqustun 10-da lirənin kollapsı gözləntilərə təsir edib və gürcü valyutası bir gün ərzində dollara nisbətdə 3,9 faiz düşüb, onun məzənnəsi dollara nisbətdə 2,7 lari təşkil edib”, — Tbilisidə fəaliyyət göstərən “Galt&Taggart” sərmayə bankı böhranın fəsadları barədə 13 avqust tarixli analitik məqaləsində yazır. Tükiyədə davam edən böhranı nəzərə alsaq, analitiklər larinin məzənnəsinin 2018-ci ilin axırlarına qədər dollara nisbətdə 2,7 lari səviyyəsinə qədər enəcəyini gözləyir.  

Region ölkələrinin problemi ondadır ki, lirə çox tez və kəskin düşərək, ticarətin şərtlərini dəyişib və regionun digər ölkələrinin valyuta məzənnələrində dəyişikliklərə gətirib çıxarıb, çünki onların Türkiyəyə ixracı həddən artıq bahalaşıb, Türkiyədən idxal isə həddən artıq ucuzlaşıb. Daha bir əsas ticarət tərəfdaşı olan Rusiyaya münasibətdə də eyni şeylər baş verib və rublun düşməsi daha az kritik olsa da oxşar fəsadlar yaradıb. Rubl və lirənin düşməsindən vurulan ikiqat zərbə bütün  regionun valyutalarının mülayim devalvasiyasına gətirib çıxarıb.

Gürcüstanda larinin devalvasiyasını müəyyən mənada turizmdən gələn gəlirlər zəiflədəcək. Düzdür, turizm mövsümü bitəndən sonra gürcü valyutası bundan məhrum olacaq. Bununla belə, Gürcüstanın problemləri çətin ki, Türkiyə və Rusiyanın yaşadıqlarının eynisi olacaq.    

Sözsüz ki, Gürcüstanın ticarət balansı ilin birinci yarısında çox əlverişli olub: ixrac artımı ötən ilin eyni dövrü  ilə müqayisədə 28,5 faiz təşkil edib, xaricdə işləyən Gürcüstan vətəndaşlarından daxilolmalar 18,3 faiz, turizmdən gələn gəlirlər 28,9 faiz artıb ki, bu da larinin dollara nisbətdə  5,7 faiz möhkəmlənməsinə gətirib çıxarıb.

Mərkəzi Bank bu əlverişli vəziyyətdən ümumi beynəlxalq ehtiyatları 87,5 milyon dollar artırmaq üçün istifadə edib, onların ümumi həcmi təxminən üç milyona çatıb. Lazım olduğu vaxt bu ehtiyatlar məzənnənin gələcəkdə düşməsinin qarşısını almaq üçün istifadə oluna bilər.

Azərbaycan

Azərbaycan Türkiyənin iqtisadi problemlərindən daha çox asılıdır, çünki karbohidrogenlərin ixracı onun iqtisadiyyatında böyük rol oynayır. Ölkə hökuməti son zamanlar iqtisadiyyatı diversifikasiya etməyə çalışır, amma onun neft sənayei ilə bağlı olmayan hissəsi zəif və valyuta məzənnəsinin tərəddüdlərindən daha asılı vəziyyətdə qalır.

Bundan başqa, Türkiyədəki böhran ölkənin neft sektoruna da təsir edəcək, azərbaycanlı iqtisadçı Qubad İbadoğlu “Eurasianet” üçün şərhlərində yazır.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə iqtisadiyyatına ən iri sərmayədarlarldan biridir. Bu günə sərmayələrin ümumi həcmi 19 milyard dollara bərabərdir, amma onlar lirəyə denominasiya olunub və deməli lirənin düşməsi ARDŞN–yə ciddi ziyan vuracaq.  

Eyni zamanda ölkənin suveren fondu olan Azərbaycan Respublikasının Dövlət Neft Fondu aktivlərinin təxminən 0,9 faizini Türkiyənin hökumət bondlarında saxlayır (Türkiyə hökuməti tərəfindən buraxılan qiymətli kağızlar), bondlar da bu il düşüb,  Eurasianet xəbər verir.

Nəhayət, Azərbaycan Türkiyənin bank sektoru ilə ölkənin bu ilin iyun ayında 2 milyon dollar məbləğində yeni bondlar buraxan PASHA bankının türk şöbəsi vasitəsilə bağlıdır.

Material “Mediaşəbəkə”nin dəstəyi ilə hazırlanıb

More on JAMnews