Müəllifin kimliyi hələ bəlli deyil. Ekspertlər hesab edirlər ki, məktub Ermənistan hüqdudlarından kənarda hazırlanıb" />

Sosial şəbəkədə Ermənistan baş nazirinin Qarabağı təhvil verməyə hazır olduğu haqda saxta məktub yayılıb

Müəllifin kimliyi hələ bəlli deyil. Ekspertlər hesab edirlər ki, məktub Ermənistan hüqdudlarından kənarda hazırlanıb

Sosial şəbəkədə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO baş katibi Yels Stoltenberqə yazılmış məktub dərc olunub. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər məktubun feyk olduğunu üzə çıxarıb. Müəllifin kimliyi hələ bəlli deyil. Məktubla Ermənistan Milli Təhlükəsizlik Xidməti məşğul olur.

 Hollandiyalılar Ermənistana necə köçdülər

Ermənistan Milli Təhlükəsizlik Xidməti feyklərlə mübarizə aparır

Məktubda nədən bəhs olunur?

Ermənistanın baş nazirinin adından NATO baş katibi Yels Stoltenberqə yazılan saxta məktubda Ermənistanın bu strukturla əməkdaşlığı dərinləşdirməyə hazır olduğu haqda yazılıb. Daha sonra alyansla əməkdaşlığın dərinləşməsinə “Ermənistan qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə olmasının” mane olduğu haqda qalmaqallı fikir gəlir: “Bu maneə bir il ərzində aradan qaldırılacaq”.

Bununla əlaqədar olaraq Paşinyan guya vəd edir:

Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılması və ərazilərin nəzarətinin Azərbaycan tərəfinə ötürülməsinə dair hazırlanmış plan çərçivəsində Yerevanın indən belə Dağlıq Qarabağı dəstəkləməsinin məqsədəuyğun olub-olmaması ümummilli referenduma çıxarılacaq”.

Soail şəbəkədə feyk məktubun peyda olduğu haqda ilk xəbər verənlərdən biri informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan olub. Onun sözlərinə görə, texniki nöqteyi-nəzərdən feyk peşəkar hazırlanıb. Məktubun yazıldığı ingilis dilinə gəlincə, qüsursuz deyil.

Samvel Martirosyan bildirib ki, məktub müəllifi böyük ehtimalla Ermənistandan deyil:

Xarici iz görünür. Bir neçə variant var, amma mən indi sadalamayacam, çünki mənim sübutum yoxdur. Amma aydındır ki, məktub Ermənistanda hazırlanmayıb. Burada hətta Paşinyanın ən kəskin əleyhdarları da forumlarda qeyd edirlər ki, məktub feykdir”.

Daha sonra Xarici İşlər Nazirliyi də saxta məktubla bağlı xəbəri təsdiqləyib.

Rəsmi Yerevanın Qarabağla bağlı bəyanatı

Məktubun feyk olması ilə bağlı heç kimin şübhəsi yoxdur. Amma Ermənistanın Qarabaə münaqişəsi ilə bağlı çox yeni bəyanatı da bunu təsdiqləyir. Nəinki Qarabağın təhvil verilməsindən söhbət getmir, hətta Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan həftəlik brifinqdə bildirib ki, Ermənistan birtərəfli güzəştlərə getməyəcək:

“Biz atəşkəsin pozulması şəraitində tərəqqinin mümkünlüyünə inanmırıq. Ermənistanın təhlükə altında danışıqları davam etdirəcəyi ilə bağlı mülahizələr puçdur. Ermənistan Artsaxı təhlükə altına qoyan birtərəfli güzəştlərə getməyəcək. Birtərəfli güzəştlər variantı istisnadır”.

Məktubun saxta olduğunu dəstəkləyən faktlardan biri də iyulun 3-də Ermənistanın xarici işlər nazirinin Qarabağa yollanmasıdır.

Ermənistan XİN-in mətbuat katibi bildirib ki, bu, Zohrab Mnatsakanyanın mütəmadi səfərlərindən biri olub. Adətən nazir öz həmkarı, Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl və sonra Dağlıq Qarabağ rəhbərliyi ilə görüşür. Bu görüşlərin məqsədi stepanakertli həmkarlarını danışıqlar prosesinə maksimum cəlb etməkdir.

Hazırda Dağlıq Qarabağ nümayəndələri danışıqlar masasında təmsil olunmayıb. Baş nazir seçiləndən dərhal sontra Nikol Paşinyan onların danışıqlar masası arxasına qayıtmasında israr edir, amma Azərbaycan tərəfi qəti şəkildə bunun əleyhinədir.


More on JAMnews