“Biz elə indi də ölkə üçün işğal olunmuş ərazilərin nə demək olduğunu yaşayırıq”" />

Salome Zurabişvili Bakıda – Gürcüstanın yeni prezidentinin ilk regional səfəri

“Biz elə indi də ölkə üçün işğal olunmuş ərazilərin nə demək olduğunu yaşayırıq”

“Son illərdə biz eyni faciələri yaşamışıq. Biz indi də ölkə üçün işğal olunmuş ərazilərin nə demək olduğunu yaşayırıq, o zaman ki, ölkənin ərazi bütövlüyü pozulub”, – Azərbaycana səfəri zamanı Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Bununla o, Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsini Abxaziya və Cənubi Osetiya münaqişələri ilə müqayisə edib. Əvvəl Gürcüstan hakimiyyəti Qarabağ məsələsindən yan ötməyə çalışır, netrallığını qoruyurdu.

• Salome Zurabişvili: Gürcüstan Rusiya ilə əməkdaşlığa hazır deyil

Zurabişvilinin bu bəyanatı Azərbaycan cəmiyyətinin diqqətini xüsusilə cəlb edib. Ötən ay ərzində Gürcüstan və Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Səbəb Gürcüstanın etnik ermənilərin kompakt yaşadığı Axalkalaki regionunda Qarabağda döyüşən erməni hərbçisinin büstünün qoyulması olub. Büstün açılış mərasiminə Gürcüstanın rəsmi şəxsləri də qatılıb və Azərbaycanda çoxları bunu qeyri-etik hesab edib.

Gürcüstanda erməni hərbçisinin büstü ətrafında qalmaqal

Bundan başqa, Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırıb.

Bir-biri ilə əlaqəsi olmasa da, zaman etibarilə üst-üstə düşən bu iki hadisə Azərbaycanda çoxları üçün “şübhəli” görünüb.

Salome Zurabişvili Azərbaycana fevralın 27-də bir günlük səfərə gəlib. Bu, ötən ilin dekabrında prezident seçiləndən sonra Zurabişvilinin ilk regional səfəridir.

Tet-a-tet söhbətdən sonra Əliyev və Zurabişvili geniş tərkiblə görüş keçiriblər. Bu görüşdə Zurabişvili iki ölkə arasında sıx işgüzar və dostluq münasibətləri haqda danışıb.


More on JAMnews