Küçə iğtişaşları və dərman çatışmazlığı – Böyük Britaniyanın Aİ-dən razılaşmasız çıxmasının fəsadlarının natamam siyahısı bundan ibarətdir" />

“Sərt Brexit”: bu, nə deməkdir və Böyük Britaniya üçün nə ilə nəticələnə bilər?

Küçə iğtişaşları və dərman çatışmazlığı – Böyük Britaniyanın Aİ-dən razılaşmasız çıxmasının fəsadlarının natamam siyahısı bundan ibarətdir

Böyük Britaniya hökumətinin “sərt Brexit” – ölkənin Aİ-dən razılaşmasız çıxışının nəticələri ilə bağlı proqnozları dərc olunub, BBC xəbər verir.

 

Brexit nədir?

“Brexit” termini ingilis dilində iki sözdən əmələ gəlib – Britain və exit. Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması mənasını verir.

Bu söz Böyük Britaniyada 2016-cı ilin mayında keçirilən referendumdan sonra əmələ gəlib. Bu referendumda cüzi səs fərqi ilə (iki faizdən az) çıxış tərəfdarları qalib gəlib.

Bu, Britaniya tarixində həmin məsələ ilə bağlı ikinci referendum idi. Birincisi 1975-ci ildə baş tutub və Avropa İttifaqında üzvlük tərəfdarlarının qələbəsi ilə yekunlaşıb.

“Sərt Brexit” nə deməkdir?

Aİ-dən çıxmaqla bağlı keçirilən referendumdan sonra üç ildən çoxdur ki, ölkədə  bunun hansı şərtlər altında baş tutacağı ilə bağlı mübahisələr davam edir. çıxış tarixi dəfələrlə ertələnib.

Bu yaxınlarda baş nazir seçilən Boris Conson Aİ-dən çıxışı oktyabrın 31-də həyata keçirəcəyi haqda üzərinə öhdəlik götürüb, hətta Aİ ilə çıxış şərtləri ilə bağlı razılaşma əldə edilməsə belə. Bu ssenari “sərt Brexit” adını alıb.

“Sərt Brexit”in təhlükəsi nədən ibarətdir?

Uzun sürən mübahisələrdən sonra parlament hökuməti “sərt Brexit” halında hadisələrin inkişafına dair öz proqnozunu açıqlamağa məcbur edib. Bu sənədə əsasən Böyük Britaniya sakinlərini bunlar gözləyir:

  • Bütün Britaniyada etirazlar və əks-etirazlar başlayacaq və bunlarla iş üçün əlavə polis resursları tələb olunacaq. Həmçinin cəmiyyətdə iğtişaşlar və gərginlik də mümkündür.
  • Elektrik enerjisinin dəyəri qəfil yüksələ bilər və bu daha ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxara bilər.
  • Mağazalarda təzə məhsulların bəzi növlərini almaq daha çətin olacaq, amma ərzaq qıtlığı baş verməyəcək, baxmayaraq ki, ərzaq qiymətləri bahalaşa bilər, bu da ən çox aztəminatlı insanlara təsir edəcək.
  • Treyler sürücülərinin gömrükdə yoxlamalara hazır olmamaları səbəbilə La-Manş boğazını keçən zaman bərə nöbələri gün yarımdan iki gün yarıma qədər uzana bilər.

More on JAMnews