Əgər piketdə plakat qaldırmağa və adam öldürməyə görə eyni cəza verilirsə, insanlar ədalət mühakiməsinin ibtidai formasına əl atırlar" />

Şərh: niyə Rusiyada ölüm hökmünün bərpa edilməsi ideyası hakimiyyətə etimadsızlıq əlamətidir?

Əgər piketdə plakat qaldırmağa və adam öldürməyə görə eyni cəza verilirsə, insanlar ədalət mühakiməsinin ibtidai formasına əl atırlar

Rusiyanın Saratov şəhərində doqquz yaşlı qız yoxa çıxdı, sonra isə meyiti tapıldı.

Qız üç min nəfər könüllü tərəfindən axtarılırdı. Qısa zamanda qatil də yaxalandı. Məlum oldu ki, o, daha əvvəl də cinayətlər törədib.

•Ölüm hökmü sovet ənənəsidir?

Abxaziyada narkotik yaymağa görə ölüm cəzası tətbiq edilməyə başlayıb

Və bu zaman iki qeyri-adi hadisə baş verdi:

•Minlərlə insan polislərə hücüm edərək qatilin linç edilməsi üçün onlara verilməsini tələb etdilər.

•Rusiya Dövlət Duması ölüm hökmünün bərpa olunması məsələsinin müzakirəsinə başladı və bu ideya sosial şəbəkələrdə kütləvi şəkildə dəstəkləndi.

MBX-media jurnalisti Anton Orex bu iki reaksiyanın bir-biri ilə necə bağlı olduğu və niyə ölüm hökmünün hakimiyyətə tam etimadsızlıq əlaməti olduğu haqda.

_____________________________________

Niyə sakit, əyalət şəhərində birdən-birə camaat toplaşaraq qatilin izdihamın önünə atılmasını tələb etdi? Niyə insanlar özləri qanlı mühakimə qurmaq istəyirlər?

Mümkün cavab – çünki onlar adi məhkəməyə inanmırlar.

Qatili izdihamdan qurtarmaq üçün ona polis forması geyindirildiyi haqda şayiə yayıldı və kütlə buna dərhal inandı.

Digər mümkün cavab – çünki insanlar hesab edirlər ki, dövlədən ədalət ummağın mənası yoxdur.

Qatil Mixail Tuvatin artıq təcavüz və soyğuna görə 6,5 il həbsdə yatıb. Cəza müddətinə fikir verin – iki ağır cinayətə görə altı il yarım azadlıqdan məhrumetmə.

Halbuki bu günlərdə Rostovda iki fəal sadəcə piketdə iştirak etdiyi üçün eyni cəzanı almışdı.

İki gənc (19 və 22 yaşlarında) ekstremizmdə günahlandırılaraq 6,6 və 6 il müddətinə azadlıqdan məhrum edildi. Onların cinayəti sadəcə şəhər meriyasının qarşısına çıxıb, “Evləri yananlara torpaqlarını qaytarın!” yazılmış plakat qaldırmaqdan ibarət idi. Bu yolla onlar Rostovun mərkəzində 2018-ci il futbol üzrə Dünya Çempionatına stadion tikməkdən ötrü qəsdən evləri yandırılan və torpaqları əllərindən alınan insanlar üçün ədalət tələb ediblər.

Yəni dövlət plakatlarla piketə çıxmağı təcavüz və qətllə eyniləşdirib.

 Rostovda iki gənc (19 və 22 yaş) şəhər meriyası qarşısındakı piketdə “Evləri yananların torpaqlarını qaytarın!” yazılmış plakat qaldırdığı üçün 6,6 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər

Polisə, məhkəməyə inamsızlıq, dövlətdən ədalət ummağın mənasızlığına əminlik – bütün bunlar insanları ədalət mühakiməsinin ibtidai formalarına əl atmağa vadar edir.

Azərbaycanda yeniyetmə qızın intiharı: məktəb direktoru niyə mühakimə olunur?

Parlament deputatları dərhal reaksiya veriblər – ölüm cəzasının bərpa edilməsini müzakirə etməyə başlayıblar. Onlar üçün xalqın yanında olmaq sarıdan da yaxşı fürsət yaranıb.

İctimai fikrə istinad etmək bu halda populizmin ən yüksək formasıdır, çünki adətən insanlar bu cür həssas vəziyyətlərdə emosional davranırlar, problemin mahiyyətinə varmırlar, statistikanı, psixologiyanı nəzərdən keçirmirlər.

Buna görə də nə deputatlar, nə də bu ideyanı sosial şəbəkələrdə və mediada dəstəkləyənlər özlərinə sual vermirlər ki, bəs əgər ölüm hömünə mıhkum edilən insan artıq cəzalandırılıbsa, məhkəmə səhvini necə düzəltmək olar?  

Rusiyada kim zəmanət verə bilər ki, məhkəmələr yanlış qərar çıxarmayacaq? Ümumiyyətlə məhkəmə səhvlərinin statistikasını kim bilir və ya aparıb?

Əvəzində belə statistika, məsələn, ABŞ-da var, baxmayaraq ki, orada ədalət mühakiməsi sistemi qat-qat yaxşı inkişaf edib. Orada bir neçə ştatda ölüm hökmü qüvvədədir və rəsmi statistikaya görə, haqqında ölüm hökmü çıxarılan hər 25 nəfərdən biri cəzası yerinə yetiriləndən sonra bəraət alıb. 

Ən əsası isə ölüm hökmü nə cinayətkarlığın azalmasına, nə də zorakılıq dərəcəsinin azalmasına təsir etmir.

Burada artıq Çini misal göstərmək olar, orada çoxları ölüm hökmünə məhkum edilir və güllələnmə nəzərdə tutan maddələrin siyahısı genişdir. Amma bu, ölüm hökmünün ləğv edildiyi Avropa ilə müqayisədə Çində törədilən cinayətlərin böyük statistikasına heç cür təsir etmir.

Hətta Çində də son illərdə qanunvericiliyin humanistləşdirilməsinə başlayıblar, ölüm hökmünü daha çox ömürlük və ya uzun müddətli cəzalarla əvəz edirlər.

 


More on JAMnews