Rauf Araşukov qətldə günahlandırılır. Son 10 ildə Rusiyada 12 keçmiş senator mühakimə olunub" />

“Rusiyanın qaymaqları”. Rusiyada Qaraçay-Çərkəz Respublikasından olan senator nəyə görə iclas zalındaca həbs olunub?

Rauf Araşukov qətldə günahlandırılır. Son 10 ildə Rusiyada 12 keçmiş senator mühakimə olunub

Senator Rauf Araşukov. Foto TASS

“Novaya qazeta”nın materialları əsasında

Rusiyanın Şimali Qafqazda yerləşən Qaraçay-Çərkəz Respublikasından olan senatoru Rauf Araşukov yanvarın 30-da Federasiya Şurasının (Rusiya Parlamentinin yuxarı palatası) iclasındaca saxlanılıb. Həbsdən əvvəl iclas mətbuat üçün bağlı elan olunub, amma nəticədə senatorlar jurnalistlərə danışıblar ki, Araşukov qaçmaq istəyib.

Həmin günün axşamı məhkəmə rusiyalı senator haqda iki ay həbs qərarı çıxarıb.

Rusiya: hakimiyyət gənclərə hücum edir

Navalnının işi: Avropa Məhkəməsi rusiyalı müxalifətçinin həbslərinin siyasi motivli olduğunu təsdiqləyib

Araşukova qarşı qətl, cinayətkar qruplaşmada iştirak və şahidlərə təzyiqlə bağlı ittihamlar irəli sürülüb. Qətllərin sayı ən azı ikidir. 2010-cu ilin martında “Adıqe-Xase” ictimai gənclər hərəkatının lideri, 36 yaşlı Aslan Jukov, həmin ilin mayında isə Qaraçay-Çərkəz Respublikasının hökumət sədrliyinə namizəd Fral Şebzuxov güllələnərək qətlə yetirilib. Bundan başqa bildirilir ki, senatorun 2003 və 2006-cı illərdə baş verən ən azı daha iki qətlə aidiyyatının olub-olmadığı araşdırılır. Araşukov təqsirini inkar edir.

Rauf Araşukovla eyni gündə onun atası, “Qazprom Mejregionqaz” şirkətinin baş direktor müşaviri Raul Araşukov (medaida onu “qaz kralı” adlandırırlar) da saxlanılıb. Ata Araşukov 30 milyard rubl (460 min dollar) dəyərində təbii qazın oğurlanmasında ittiham edilir. İstintaqın versiyasına görə, Araşukov və digər şəxslər mövcud olmayan istehlakçıları “qazla təmin ediblər”, daha sonra isə oğurladıqları qazı yenidən mövcud olan insanlara, həm də nağd pula satıblar.

Parlamentarilikdən caniliyə

İttihamlara baxmayaraq, Araşukov hələ də senator olaraq qalır. Bu o deməkdir ki, onun həbsi Rusiya Parlamentinin yuxarı palatası üzvləri arasında baş verən ilk belə hadisədir. Amma Şuranın keçmiş üzvləri heç də günahsız deyil – son 10 il ərzində Rusiyada müxtəlif ittihamlarla 12 keçmiş senator mühakimə olunub.

Palata spikeri Valentina Matviyenko bəyan edib ki, Rauf Araşukovla bağlı hadisə Şuraya kölgə salmamalıdır: hətta əgər onun müxtəlif cinayətləri törətdiyi sübuta yetirilsə belə, o, həmin cinayətləri hələ senator olmamışdan əvvəl törədib.

Araşukovun həbsini və Federasiya Şurasının keçmiş üzvləri haqda açılan cinayət işlərini şərh edən rusiyalı müxalifətçi Dmitri Qudkov Twitter-də belə yazıb: 

“Son on ildə Federasiya Şurasının 12 üzvü mühakimə edilib. Qətl və təcavüzdən tutmuş atışma və oğurluğa qədər. Üstəlik 4 senator axtarışdadır. Federasiya Şurasında 170 yer olduğunu nəzərə alsaq, deməli, hər on nəfərdən biri cinayətkardır. Rusiyanın qaymaqları!”


More on JAMnews