Jurnalistlər terror aktının və şübhəlilərin məhv edilməsinin dolayı sübutlarını göstərirlər və hakimiyyətdən cavab gözləyirlər" />

Rusiyanın Maqnitoqorsk şəhərində partlayış: qaz sızması, yaxud terror aktı?

Jurnalistlər terror aktının və şübhəlilərin məhv edilməsinin dolayı sübutlarını göstərirlər və hakimiyyətdən cavab gözləyirlər

Maqnitoqorskda yaşayış binasında partlayış nəticəsində uçulmuş blok. 1 yanvar 2019. REUTERS/Andrey Serebryakov

Rusiyanın iki nəşri – Znak.com və 74.ru – Rusiyanın Maqnitoqorsk şəhərində yeni il bayramı günlərində baş vermiş faciəvi hadisələrin – yaşayış evində və marşrut taksisində partlayışın terror aktı ola biləcəyi barədə məlumatlar dərc ediblər.

Jurnalistlər dolayı sübutlar göstərir və hakimiyyətdən onların təkzib olunmasını tələb edirlər. Lakin hələlik rəsmi strukturlar yalnız bildirirlər ki, uçmuş evin dağıntıları arasında partlayıcı maddələrin izlərinə rast gəlinməyib və suallara cavab vermirlər.

Vladimir Putin Gürcüstanda bioloji silah və rusiyalıların ölümdən sonrakı həyatı haqqında

Rusiya, Türkiyə, İran – nəyə görə ABŞ onlara iqtisadi müharibə elan edib

• Rusiyada futbol üzrə dünya çempionatı – rusiyalılar və gəlmə azarkeşlər özlərini necə hiss edirdilər

Dekabrın 31-də səhər tezdən Maqnitoqorskda Marks prospektində 10 mərtəbəli yaşayış evinin bir bloku uçuldu – hakimiyyətin məlumatına görə, dağıntılar altında 39 nəfər həlak oldu. Hakimiyyət baş verənləri məişət qazının partlayışının nəticəsi kimi izah edir.

Faciədən bir gün sonra, yanvarın 1-i axşam Maqnitoqorskda marşrut taksisi alışdı və partladı, nəticədə nəqliyyat vasitəsinin içərisində üç nəfər həlak oldu. Şahidlər atəş səsləri eşidiblər, lakin rəsmi olaraq bildirilir ki, bunlar maşının yanacağı olan qaz balonlarının partlayış səsləridir.

Elə həmin gecə Maqnitoqorskda qonşu Lenin küçəsində səbəbi izah edilmədən yaşayış binasının sakinləri təxliyə edilib.

Znak.com və 74.ru, demək olar ki, dərhal yaşayış binasındakı partlayışın terror aktı olması və marşrut taksisindəki partlayışın isə terror aktının törədilməsində şübhəli bilinənlərin zərərsizləşdirilməsi olması barədə yazdılar. Qonşu küçədəki əməliyyat barədə Znak.com xəbər verdi ki, güc strukturlarının əməkdaşları orada terror aktının törədilməsində şübhəli bilinən dördüncü şəxsi axtarıblar.

Meduza nəşri Znak.com-un baş redaktoru Dmitri Kolezevə müraciət edərək onun Rusiya hakimiyyətindən hansı suallara cavab gözlədiyini dəqiqləşdirib.

O, bunları deyib:

• Nəşrin hüquq-mühafizə orqanlarında çox yaxşı mənbələri olan möhkəm reportyor komandası mövcuddur. Bu dəfə belə alınıb ki, operativ istintaq qrupunda bu cür mənbələr birdən-birə bir neçə nəfər olub. Mahiyyət etibarilə jurnalistlər müxtəlif insanlarla ünsiyyətdə olaraq, məlumatı dəqiqləşdirə bilərdilər. Yüksək etimad səviyyəsi olan bu mənbələr isə terror aktı barədə danışıblar.

• Güc strukturlarının nümayəndələrinin məlumatları məxfi saxlamaqları şübhələr yaradır. Adətən, belə faciələr baş verdikdə hakimiyyət kifayət qədər fəal şəkildə görülən işlərdən, aparılan ekspertizalardan, baş vermiş hadisə ilə bağlı mövcud olan versiyalardan, necə işlədiklərindən danışırlar. Bu dəfə isə, ümumiyyətlə, heç bir məlumat yoxdur.

• Marşrut taksisi ilə bağlı əhvalatda jurnalistlər yalnız hüquq-mühafizə orqanlarındakı mənbələrdən alınmış məlumatlara istinad ediblər. Onlar isə bildiriblər ki, bu maşında terror aktında şübhəli bilinənlərin sim-kartları olub və bu qeydə alınıb. Nəqliyyat vasitəsini saxlamaq istəyiblər, lakin oradan atəş açılıb. Bundan sonra maşının içərisində olanların hamısı zərərsizləşdirilib.

Dmitri Kolezev: Bir jurnalist kimi, mən maksimum məlumatla sübut olunacaq istənilən versiyanı qəbul etməyə hazıram. İndi biz heç nə bilmirik.

Qaz hansı mənzildə partlayıb? Həmin mənzildə kim yaşayıb? Marşrut taksisində kim həlak olub? Lenin küçəsindəki evlərdə yanvarın 2-nə keçən gecə hansı əməliyyat keçirilib?

Əgər bizə məlumat verilsə, sənədlər, fotoşəkillər. videoyazılar nümayiş etdirsələr və bu tam bir, misal üçün, inanılmaz təsadüflər zənciri mənzərəsi yaratsa, biz, əlbəttə ki, deyəcəyik ki, yaxşı, səhv etmişik, mənbələr səhv edib”.

Dmitri Kolezev deyib ki, hələlik ona terror aktı versiyasını təkzib edən az arqument məlumdur. Bunlardan biri odur ki, heç bir qruplaşma baş vermiş hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Facebook Comments

More on JAMnews