Rusiya xarici işlər nazirinin müavini vəzifəsində Qriqori Karasini İvan Volınkin əvəz edə bilər" />

Rusiya XİN-də Qafqazın yeni kuratoru

Rusiya xarici işlər nazirinin müavini vəzifəsində Qriqori Karasini İvan Volınkin əvəz edə bilər

«Kommersant», qəzetinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində eyni zamanda Cənubi Qafqaza görə cavabdeh olan məmur dəyişdirilə bilər.

70 yaşlı nazir müavini Qriqori Karasin pensiyaya çıxır. Onun yerinə böyük ehtimalla hazırda XİN-də konsulluq şöbəsinə rəhbərlik edən 60 yaşlı İvan Volıkin gələcək.

Karasin-Abaşidze formatı

Bu dəyişikliklə bağlı şərti olaraq Karasin-Abaşidze adlandırılan formatın taleyi ilə bağlı sual ortaya çıxır.

Bu format 2008-ci il avqust müharibəsi nəticəsində Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər bitəndən sonra bu iki dövlərin yeganə birbaşa dialoq vasitəsidir.

• Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir?

• Gürcüstan və Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?

Rusiya ilə birbaşa dialoq formatı 2012-ci ildə, “Gürcü arzusu” hakimiyyətə gələndən dərhal sonra yaradılıb. Gürcüstanın o zamankı baş naziri Bidzina İvanişvili Rusiya ilə münasibətlərin normallaşdırilmasını öz prioriteti elan edib və RF ilə münasibətlərin nizamlanması üzrı baş nazirin xüsusi nümayəndəsi vəzifəsini təsis edib.

 

Bu vəzifəyə Gürcüstanın Rusiyada səfiri olmuş təcrübəli diplomat Zurab Abaşidze təyin edilib. Münasibətlərin yeni formatı da yaradılıb – Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin mütəmadi görüşləri şəklində. Onların vəzifəsi iqtisadi, mədəni və humanitar münasibətlərin bərpasından ibarətdir.

 

İki ölkə arasında birbaşa dialoq 2008-ci il avqust müharibəsindən sonra dayandırılmışdı, çünki Gürcüstan hökuməti Rusiyanı beynəlxalq müşahidəçilərin iştirakı olmadaq dialoqun mümkünsüz olduğu təcavüzkar hesab edir.

Karasin-Abaşidze formatında əldə edilən razılaşmalar əsasında 2013-cü ildə Gürcüstan məhsulları – meyvə, tərəvəz, şərab, mineral sular yenidən Rusiyaya göndərilməyə başladı. Gürcüstanla Rusiya arasında mütəmadi avia-reyslər də bərpa olundu.

Bu formatda işləyərkən Karasin Gürcüstanın qərbyönlü kursu haqda kəskin bəyanatları ilə yadda qaldı.

Praqada gürcüstanlı həmkarı ilə keçirilən son görüşlərin birindən sonra Karasin Tbilisiyə NATO-nun Qafqazda möhkəmlənəcəyi təqdirdə “naxoş gözlənilməzliklərin” ola biləcəyi haqda xəbərdarlıq edib. Rusiyalı diplomat Ukrayna ilə paralel aparıb.  

“Aydındır ki, əgər Cənubi Qafqazda NATO-nun hərbi fəallığı artacaqsa, gec, ya tez bu, problemlərə gətirib çıxaracaq. Biz sizinlə Ukrayna pproblemlərinin nədən başladığını xatırlayırıq. Bu, məsələnin tamamən eyni cür qoyulmasıdır”, – rusiyalı diplomat bəyan edib. 

Volıkin kimdir?

Diplomat İvan Volıkinin adı hələ təyinata qədər Cənubi Qafqazın iki respublikasında – Gürüstan və Azərbaycanda qızğın reaksiya doğurub.

Volıkin keçmiş Sovet İttifaqının və Rusiyanın ən nüfuzlu təhsil müəssisəsinin – Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur (1981).

Diplomat kimi SSRİ-nin və RF-nin Yuqoslaviya, ABŞ, Serbiya və Çernoqoriya, Gürcüstan və Makedoniyadakı nümayəndəliklərində çalışıb.

 

İvan Volıkin. Foto: Asatur Yesayants

2009-cu ildən 2013-cü ilə qədər RF XİN rəhbəri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub.

2013-cü ildən 2018-ci ilə qədər Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyytətli səfiri vəzifəsində çalışıb.

Böyük ehtimalla bildirmək olar ki, bu cür bioqrafiya ilə Volıkin sovet DTK-ı və onun Rusiya xələfi ilə formal və qeyri-formal əlaqə olub.

Gürcüstanda Volıkin persona non-qrata elan edilib. 2007-ci ildə Gürcüstanda işləyən zaman Volıkin və daha iki rusiyalı diplomat rəsmi Tbiilisi tərəfindən ölkədən qovulub.

O zamankı prezident Mixail Saakaşvili rusiyalı diplomatları “Gürcüstan ərazisində kəşfiyyat fəaliyyətində” günahlandırıb.

Gürcüstan hakimiyyəti rusiyalı diplomatların Gürcüstanın müxalifət liderləri ilə sıx əlaqədə olduqlarından şübhələnirdi və hesab edirdi ki, onlar hakimiyyətin zorla dəyişdirilməsi üzrə planlarını RF səfirliyinin nümayəndələri ilə razılaşdırırdılar.

Lakin hazırda Gürcüstanda başqa hakimiyyətdir və yumşaq desək, o, Saakaşvilinin qəbul etdiyi qərarları heç də həmişə dəstəkləmir.

“Abaşidze-Karasin” görüşlərinin formatına konkret şəxslərin dəyişdirilməsinin təsir edib-etməyəcəyi haqda suala cavab olaraq Zurab Abaşidze bildirir ki, bu barədə yalnız Rusiyanın xarici siyasət qurumunun Qriqori Karasinin yerinə kimin gələcəyini elan etməsindən sonra nəsə deyə bilər.

Zurab Abaşidzenin bildirdiyinə görə, bu, ayrı-ayrı şəxslərin deyil, Gürcüstan-Rusiya dialoqunun formatıdır və burada ticari-iqtisadi münasibətlər müzakirə edilir.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının nümayəndələri də Volınkinin namizədliyini onun rəsmi təyinatına qədər şərh etmirlər:

“İshaq Ravin və Yasur Ərəfat birlikdə danışıqlar masasının arzasına otururdular, lakin bir-birinə qarşı mehriban münasibətlərdə deyildilər. D=Bizə danışıqlar lazımdırmı? İstənilən rusiyalı diplomatı arzuolunmaz şəxs elan etmək olar, çünki Rusiya işğalçı ölkədir. Danışıqların ideyası şəxslərdə deyil, iki ölkənin əlaqələrindədir”, – Gürcüstanın hakim partiyasından Giya Volski deyir.

Azərbaycan mətbuatı da Volınkinin ünvanına tənqidi başlıqlar dərc edir.

Bəzi azərbaycanlı ekspertlərin fikrincə, Rusiyanın Ermənistandakı keçmiş səfirini postsovet məkanında münaqişələrin kuratoru postuna təyin etməklə Moskva nümayiş etdirir ki, Kreml Dağlıq Qarabağ nümaqişəsinin həllinə hansı müstəvidə yanaşır.

“İvan Volınkin Yerevanda səfir işlədiyi vaxt Ermənistanı regionda Rusiyanın əsas və əbədi müttəfii adlandırırdı. “Ermənilər və ruslar mənəvi cəhətdən bir-biri ilə bağlıdırlar” demiş İvan Volınkin prezident Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı normal məsləhət verə bilərmi?” – vesti.az nəşrinə azərbaycanlı ekspert, “Atlas” siyasi araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.


More on JAMnews