Ölkələr 73 ildir ki, davam edən ərazi mübahisəsini həll etməyə çalışırlar" />

Rusiya və Yaponiya İkinci dünya müharibəsini bitirəcəklərmi?

Ölkələr 73 ildir ki, davam edən ərazi mübahisəsini həll etməyə çalışırlar

REUTERS/Yuri Maltsev

Bu həftə Moskvada Yaponiyanın baş naziri Abe və Rusiya prezidenti Putin arasında danışıqlar keçirilib. Əsas mövzu iki ölkəyə 1945-ci ildən bəri davam edən formal müharibə vəziyyətindən çıxmağa imkan verəcək sülh müqaviləsinin imzalanmasıdır. Buna mane olan nədir?

Müharibə niyə bitmir

1945-ci ildə SSRİ Hitler Almaniyasının müttəfiqi olan Yaponiyaya müharibə elan etdi. Bunun nəticəsi olaraq sovet qoşunları Cənub Kuril silsiləsinin adalarında (Şikotan, Xabomai, İturup, Kunaşir) yerləşdi və onları sovet ərazisi elan etdi.

O zamandan bəri Yaponiya SSRİ və Rusiya ilə sülh müqaviləsi imzalamaqdan imtina edir və həmin ərazilərin qaytarılmasını tələb edir.

• Stalin, Putin, Puşkin – rusiyalıların qəhrəmanları

Rusiya ilə Qərbin qarşılıqlı ittihamlarında gözlənilmədən Gürcüstan üzə çıxdı

• Rusiyalı jurnalistləri tələyə salıb, Kremllə sıx bağlılığı olan şəxslərin göstərişi ilə güllələdilər

Adalar Yaponiya üçün niyə vacibdir

Kunaşir, Xabomai, İturup və Şikotan Cənub dənizində yerləşən kiçik adalardır. İndi burada əsas etibarilə rusiyalı hərbçilər və onların ailə üzvləri yaşayır.

Lakin Yaponiya üçün bu adaların mənsubiyyəti mütləq mənada prinsipial məsələdir.

Birincisi, orada onların əcdadları dəfn olunub – yaponlar üçün bu məxsusi əhəmiyyət daşıyır.

İkincisi, tarixi şərtlərdən irəli gələrək ərazi bütövlüyü məsələsi yapon dövlətçiliyi və özünüdərkinin təməllərindən biridir.

Adalar Rusiyanın nəyinə lazımdır

Rusiya üçün Cənubi Kuril silsiləsinə nəzarətin heç bir iqtisadi əhəmiyyəti yoxdur.

1945-ci ildə bu adalar Yaponiya ərazisindəki ABŞ hərbi bazalarına qarşı forpost kimi hərbi baxımdan dəyərli idi. Hazırda onların hərbi əhəmiyyəti itib.

Nəyin alveri gedir

Yanlış xarici siyasət və Qərbin tətbiq etdiyi sanksiyalar üzündən Rusiya iqtisadiyyatı böhran vəziyyətindədir. O, investisiyalara kəskin ehtiyac duyur. Rusiya ərazi güzəştinə qarşılıq olaraq Yaponiyadan bunu gözləyir.

Yaponiya Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulub, lakin adalar məsələsi onun üçün o qədər əhəmiyyətlidir ki, güzəşt əldə edilərsə, mövqeyini dəyişə bilər.

Güzəşt necə əldə oluna bilər

Hazırda Rusiya-Yaponiya danışıqlarında adaların Yaponiyaya mərhələli qaytarılması təklifi müzakirə olunur. Əvvəl iki ada qaytarılır, sonra isə qalanlarının taleyi həll ediləcək.

Lakin Vladimir Putinlə Sindzo Abenin görüşünün yekunlarına görə, tərəflərin mövqeləri hələik bir-birindən xeyli uzaqdır. Fevralda danışıqlar xarici işlər nazirləri səviyyəsində davam edəcək, iyulda isə Rusiya prezidenti Yaponiyaya yollanacaq.

Aparıcı rusiyalı ekspert, xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadzenin fikri belədir:

– Bir neçə ay öncə Yaponiyanın baş naziri açıq şəkildə bəyan etdi ki, güzəştə hazırdır. Yaponiya liderinin düşüncəsində bu cür “böyük dəyişikliyin” səbəbləri üzdədir – onun üçün vacibdir ki, Yaponiya ilə Çin arasında münaqişə baş verəcəyi təqdirdə Rusiya həmin münaqişədən kənarda qalsın.

Rusiya prezidentinin öz arqumentləri var – böyük dövlət, ölkəmizin sıralarından biabırçılıqla qovulduğu müstəsna “yeddiliyin” üzvü ilə münasibətlərdə tarixi dönüş, – bu, siyasi uğurdur və hazırda əvvəllər olduğundan qat-qat daha qiymətlidir.

Facebook Comments

More on JAMnews